Icma.az
close
up
RU
Doğma insanlarla doğma məktəbdə

Doğma insanlarla doğma məktəbdə

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


İnsan həyatı əslində yadda qalan anlardan və günlərdən ibarətdir, deyirlər. Doğma və unudulmaz Xaldan kənd kompleks tam orta məktəbində olmaq, 33 illik zaman ayrılığından sonra doğma məkanda doğma insanlarla görüşmək hər birimiz üçün xoş oldu. Sinfimizdə - riyaziyyat müəllimimiz Almaz xanımın sinfində hərə öz yerində əyləşdi. Kim öz yerini unutmuşdusa, Almaz müəllim hər kəsin yerini dəqiqliklə xatırlatdı. Artıq təqaüddə olsa da, daha bir DƏRS keçdi bizə, unutmamaq dərsi...
Əslində Xaldan məktəbində hər dərsi ayrı-ayrı fənn kabinetində keçdiyimiz üçün bəzən fənnə görə yerlərimiz dəyişirdi. Ancaq dəyişməyən müəllim məsuliyyətini və sevgisini, öyrətmək və öyrənmək həvəsini, bütün resurslardan istifadə imkanlarını, sözün həqiqi mənasında uşaqları həyata hazırlamaq qayəsini, keçmiş sovetlər çərçivəsindən kənar səmimi müəllim-şagird münasibətlərini də unutmamışıq, unuda bilmərik.
Tarix müəllimimiz Nailə xanım da özünəməxsus təmkini və müdrikliyi ilə ötən zamanın və tarixin insanın qazandığı uğurlarla dəyərli olduğunu incə şəkildə anlatdı şagirdlərinə.
Zamanında dünyaca məşhur olan, "MƏKTƏBLƏR MƏKTƏBİ" kimi qəbul edilən Xaldan məktəbinin bugünkü durumu, əsaslı təmir və yenidənqurmadan sonrakı həyatı da olduqca ürəkaçandır. Məktəb direktoru Günel xanım da uğurlu rəhbərliyi, liderlik keyfiyyəti və yüksək təşkilatçılıq səriştəsi ilə diqqət çəkir. Bütün bunlar Xaldan məktəbini doğma övladı qədər sevən, bu təhsil ocağını öz əlləri və fitrətindəki müəllimlik sevgisi ilə qurub-yaratmış Əməkdar müəllim Zahid Şöyübovun da ruhunun şad olduğuna əminlik yaratdı hər birimizdə.
Xaldan məktəbinin yenə öncüllərdən olduğunu - bu il lX siniflərin buraxılış nəticələrinə görə Yevlax rayonunda ilk üçlükdə qərarlaşdığını, rayon üzrə ən yüksək nəticəni də Xaldan məktəblisinin göstərdiyini eşitmək xoş oldu hər birimizə. Məhz belə məktəblərin və pedaqoji kollektivlərin əməyi sayəsində təhsilin ictimai dəyəri artır, müəllim nüfuzu yüksəlir, məktəb və icma arasındakı etimad mühiti möhkəmlənir.
Saatlarla bir yerdə olsaq da, bu müddət bir 45 dəqiqə kimi keçdi, nə söhbətlər bitdi, nə də xoş və unudulmaz xatirələr. Bütün müəllimlərimizi, dostlarımızı xatırladıq, dərslərdəki yaddaqalan məqamlardan, sözün bütün mənalarında aldığımız dərslərdən danışdıq. Düşünürəm ki, doğma məktəbimizdən, doğma müəllimlərimizdən, əziz dostlarımızdan daha bir dərs aldıq, ruhən saflaşdıq, durulduq, yenidən keçmişə və gələcəyə fərqli gözlə baxmağı öyrəndik. Növbəti dərslərdə görüşmək ümidi ilə...


B.Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 May 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri