Icma.az
close
up
RU
Qərbi azərbaycanlı: Doğma torpaqların doğma ruhu bizi səsləyir

Qərbi azərbaycanlı: Doğma torpaqların doğma ruhu bizi səsləyir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Daşkəsən, 1 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Bu gün dədə-baba yurdunun həsrətini yaşayan, qəlbində böyüyüb-başa çatdığı, ömrünün bəlli bir qismini keçirdiyi doğma torpaqlara qayıdış arzusunun heç zaman sönmədiyi çox sayda Qərbi azərbaycanlı var. Onlardan biri də 62 yaşlı Nərgiz Vəkilovadır.

AZƏRTAC-ın bölgə müxbiri ilə xatirələrini bölüşən Nərgiz Vəkilova bildirir ki, ömür payına həm xoş, həm də keşməkeşli, əzablı-əziyyətli günlər yaşamaq düşüb. O, 1963-cü ildə Qərbi Azərbaycanın Pəmbək mahalında, Böyük Qarakilsə şəhərindən 6 kilometr şimal-qərbdə, Bozabdal dağının ətəyindəki Arçut kəndində 9 uşaqlı ailədə anadan olub.

“Kəndimiz dağlarla əhatə olunmuşdu, Pəmbək çayının yaxınlığında yerləşirdi. Kəndi Arçut çayı ikiyə bölürdü. Biz ona dayanmadan axdığı üçün “Axar çay” deyərdik. Eşitdiyimə görə, Arcut adının özü ardıc bitkisinin adı ilə bağlıdır. Kənddə ancaq azərbaycanlılar yaşayırdılar. Atamgil danışırdılar ki, kəndimizin sakinləri 1918-ci ildə erməni təcavüzünə, qırğınlara məruz qalaraq, deportasiya olunublar. Sağ qalanlar sonradan yenə öz ata-baba torpaqlarına qayıdıblar”, - deyən Nərgiz Vəkilova bildirir ki, azərbaycanlıların 1988-ci ilin payızında Qərbi Azərbaycandan sonuncu deportasiyasına qədər Arçut kəndində 655 yaşayış evi olub. Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğul olub.

“Kəndimizdə ferma var idi. Alma, armud, şaftalı, qoz bağları salınmışdı. Bu bağların barının dadından doymaq olmurdu. Bundan başqa, tikiş fabriki fəaliyyət göstərirdi. Qadınlar xalçaçılıqla məşğul olurdular. Rəngarəng, bol naxışlı, qalın və keyfiyyətli xalçalar toxuyurduq. Mən özüm xalça toxumaqdan böyük bir zövq alırdım”, - deyə Qərbi azərbaycanlı xatırlayır. Nərgiz Vəkilova söyləyir ki, kənddə 10 illik məktəb, mədəniyyət klubu, tibb məntəqəsi də fəaliyyət göstərib. İnsanlar bir-birinə bağlı olub, zəhmətləri hesabına yaşayaraq, firavan ömür sürüblər.

“1982-ci ilə, yəni ailə qurub Axtala kəndinə köçənədək ata yurdum Arçutda yaşamışam. Gözəl təbiətə malik, dağlı-düzlü, münbit torpaqlı kəndimizin hər qarışı əvəzsiz idi. Yayı yay, qışı qış kimi yaşayırdıq. Yaylaqlara çıxırdıq, dağlardan şəfalı otlaq toplayırdıq. Xızır Nəbi bayramını, Novruz bayramını bütün adətləri ilə qeyd edirdik. Yeni gəlinləri su üstünə çıxarırdılar, evə yenilənən sudan gətirirdilər. Milli mətbəximizin dadlı təamları ilə süfrələr qururduq”, - deyən Nərgiz Vəkilova onu da bildirir ki, gəlin köçdüyü Allahverdi rayonundakı Axtala kəndi də gözəllikdə və milli adətlərə sadiqlikdə Arçutdan geri qalmayıb. Bu kənddə də ancaq azərbaycanlılar yaşayıb. “150 evin yerləşdiyi kənddə meşəlik ərazilər çox idi. Kənddən “Qoşaçay” axırdı. Fermamız var idi. İnsanlar heyvandarlıqla, əkinçiliklə məşğul olurdu. Meyvə bağları var idi, qızılgül, qərənfil əkilirdi, satışa çıxarılırdı. Erməniləri də ancaq ya kəndimizə meyvə, gül almaq üçün gələndə görürdük, ya da biz Böyük Qarakilsə şəhərinə gedəndə. Vaxtilə üzümüzə gülürdülər, üzlərinin nə qədər dönük olduğunu sonradan gördük”, - deyə müsahibimiz vurğulayır.

Nərgiz Vəkilova söyləyir ki, XX əsrin 80-ci illərinin sonunda ermənilərin əsl niyyəti özünü daha çox büruzə verməyə başlayıb. “Deportasiyadan öncə azərbaycanlılara qarşı təzyiqlər böyük idi. Bizə türk deyirdilər. Azərbaycanlıları işdən çıxarmağa bəhanə axtarırdılar. Xəstəxanalara getmək əsl təhlükə idi. Erməni həkimlər neçə-neçə hamilə qadını öldürmüşdülər. Körpələrə də ya iynə vurub, ya da əllərindən salıb öldürürdülər. Tək gəzmək mümkün deyildi, ermənilər bir araya gəlib həmin adama zərər verməyə çalışırdılar”, - deyə Qərbi azərbaycanlı bildirir. Onun sözlərinə görə, 1988-ci ilin payız ayları vəziyyət azərbaycanlılar üçün dözülməz hal alıb. “Daşnaklar kəndlərin əhalisinə doğma yurdlarını tərk etmələri ilə bağlı xəbərdarlıq edirdilər. Arçuta girərək evləri yandırdılar, əhaliyə divan tutdular. İnsanları helikopterlərə dolduraraq, kənddən çıxarırdılar. Qardaşımın birini də o zaman yüksəkdən yıxıb öldürmüşdülər. Mal-qaramıza əl qoyub, aparıb satırdılar. Evlərə sahiblənirdilər. Axtalada da kişilər hücum olmasından ehtiyat edərək gecə-gündüz keşik çəkirdilər. Hamilə idim, məni kəndin çıxacağındakı evə aparmışdılar ki, qaça bilim”, - deyən Nərgiz Vəkilova o günlərdə daşnakların əhaliyə məxsus malı-mülkü yağmaladığını, ona əziz olan hər iki kənddəki qəbiristanlığı dağıtdıqlarını da dilə gətirir: “Arçutda da, Axtalada da qəbirstanlıqlarımızı traktorlarla dağıtmışdılar. Dağılan qəbirlər arasında qayınatamın da qəbri var idi. İçindəki nifrətini qəbirləri dağıtmaqla büruzə verənlərə söz tapa bilmirdik. Malımızı-mülkümüzü, nəyimiz var idisə orada qoyub, əli yalın, min bir iztirabla doğma torpaqları tərk etməli olduq. Qucağımızda 20 günlük körpə ilə biz həyat yoldaşımla Daşkəsənə gəldik”.

Hər bir Qərbi azərbaycanlı kimi müsahibimiz də torpaq həsrəti ilə yaşadığını, doğma yurda qayıdış arzusunun heç zaman sönmədiyini dilə gətirir.

“Həyat yoldaşım Birinci Qarabağ müharibəsində düşmənə qarşı mübarizə apardı. Doğma yurdumuzdan qucağımda 20 günlük körpə ikən gətirdiyim oğlum Elməddin Vəkilov isə 44 günlük Vətən müharibəsində ermənilərə divan tutaraq şəhidlik zirvəsinə ucaldı. Necə ki, işğal altında olan torpaqlarımızı azad etdik, dövlətimizin uğurlu siyasəti ilə tarixi yurdumuza da qayıdacağımız gün uzaqda deyil. Doğma torpaqların doğma ruhu bizi səsləyir”, - deyə Nərgiz Vəkilova söhbətimizə bu cümlə ilə son qoyur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Noyabr 2025 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see611

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see241

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see240

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see229

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see207

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see187

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri