Doğru bildiyimiz YANLIŞ Qabığı hansı rəngdə olan yumurta daha faydalıdır?
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Proteinlə zəngin olan yumurta gündəlik qida rasionumuzda mühüm yer tutur. Ona görə də yumurtaya xüsusi həssaslıqla yanaşırıq. Məsələn, kənd yumurtasına daha çox üstünlük veririk. Lakin kənd yumurtası heç də hər zaman əlçatan olmur.
Maraqlıdır ki, broyler yumurtası alarkən də bir çox insan qəhvəyi rəngdə qabığı olan yumurta almaq istəyir. Belə bir təssəvvür var ki, qəhvəyi rəngində olan yumurtalar daha keyfiyyətli və xeyirlidir.
Təsadüfi deyil ki, ticarət obyektlərində qəhvəyi rəngdə olan yumurtalar, ağ rəngdə olan yumurtalardan daha baha satılır.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənli deyib ki, yumurtanın qabıq rəngi tamamilə toyuğun genetik xüsusiyyətlərinə bağlıdır və yumurtanın qida dəyərinə təsir etmir:
“Aparılmış araşdırmalar yumurtanın aminturşusu tərkibi və bioloji mənimsənilməsi baxımından qabıq rənginin heç bir üstünlük yaratmadığını açıq şəkildə göstərir. Yumurta sarısının rəngi isə tamamilə toyuğun yediyi yemlərin tərkibindən asılıdır.
Yem tərkibində nə qədər çox karotenoid varsa, yumurta sarısı da o qədər tünd və ya narıncı rəngə çalacaq. Karotenoid mənbələri arasında yaşıl bitkilər, qarğıdalı, paprika və məxmərçiçəyi göstərilə bilər. Əgər toyuğun yediyi yemdə daha az karotenoid varsa, yumurta sarısı daha solğun rəngli olacaq.
Qida dəyəri baxımından isə yumurta sarısının rəngi yumurtanın enerji, vitamin, mineral və protein kimi əsas qida maddələrini əhəmiyyətli şəkildə dəyişmir”.
Surxay Atakişiyev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 25 Yanvar 2026 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















