Icma.az
close
up
RU
Doğru və yararlı xəbər cəmiyyətə müsbət mesaj ötürür

Doğru və yararlı xəbər cəmiyyətə müsbət mesaj ötürür

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mediada tez-tez saxta xəbərlərlə rastlaşırıq. Bu sahədə çalışan mütəxəssislər saxta informasiyanı ayırd edə bildikləri halda, əhalinin geridə qalan hissəsi bəzən çətinliklərlərlə üzləşir.

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan Respublikası Medianın İnkişaf Agentliyinin Naxçıvan Regional İdarəsinin rəhbəri Vəfa İsgəndərova bildirib ki, müasir dövrdə informasiya bumu yaşayırıq, hadisələr o qədər sürətlə cərəyan edir, yeniliklər o qədər tez-tez baş verir ki, sürətli kontent istehsalı bəzən yanlış məlumat axınına, dezinformasiyalara gətirib çıxara bilir:

“Jurnalistlər xəbər istehsalında operativ olmaq, eyni zamanda məlumatı işlədiyi media subyektinin çatdırmasını istəmək həvəsi səbəbilə bu yanlışlıqlara yol verirlər. Dünyanın bir çox informasiya agentlikləri doğru informasiyanın yayılmasında böyük rol oynasalar da, onların fəaliyyətlərini hazırda bir qədər zəif qiymətləndirmək olar. Onların bir-birilə rəqabəti, birinci olmaq arzusu informasiya ekoisteminin çirklənməsinə səbəb ola bilir. Məsələn, dünyanın çox böyük informasiya istehsalçısı olan CNN kimi transmilli media orqanı bu yaxınlarda Suriya hadisələri ilə bağlı Sednaya həbsxanasından hazırladığı reportajında simulyasiyaya yol vermişdir. CNN-nin çox tanınmış jurnalisti Klarissa Uord müttəhimin həbsxanadan çıxarılması və ondan müsahibə alınması məsələlərini əvvəlcədən hazırlamış, dünyaya doğru olmayan məlumatlar çatdırmışdı. Təəssüf ki, bu cür hallarla biz tez-tez rastlaşırıq. Bu da dediyim kimi, media subyektlərinin, əsasən internet media resurslarının həm rəqabətdə öndə olmaq istəyi və kommersiya maraqları ilə əlaqədardır”.

V.İsgəndərovanın sözlərinə görə, peşəkar jurnalistlər təmiz informasiya ekosisteminin formalaşmasında böyük rol oynadıqlarını bilirlər:

“Onlar qlobal şəkildə təmiz informasiya axınına müsbət təsir edə bilmək üçün işlədikləri media subyektlərinin formatına uyğun olaraq istehsal etdikləri xəbər, reportaj, konvergent məhsulların hazılanması prosesində diqqətli olmalıdırlar. Jurnalistlər həm məlumatların güvənli mənbələrdən alınması, rəsmi mənbələrdən dəqiqləşdirilməsi, yoxlanılması, istər məlumatın alınması, istərsə də istehsalı prosesində etik normalara əməl edilməsi məsələlərinə önəm verməlidirlər. Çünki doğru və yararlı xəbər cəmiyyətə müsbət mesaj ötürür. Bunu idrak etmək isə əhalinin media savadlı seqmentinə yönəlik özəllikdir. Ümumiyyətlə, media savadlı insan əldə etdiyi bütün informasiyaya etibar etməməli, bir neçə mənbədən dəqiqləşdirməlidir. Eyni zamanda araşdırma sualları, faktyoxlama proqramları vasitəsilə informasiyanın doğru, yaxud yanlış olmasını, hansı mesaj daşımasını, auditoriyaya necə təsir edəcəyini, manipulyasiya xarakterli olub-olmamasını müəyyən etmək mümkündür.  Hazırda sosial medianın və internet media resurslarının geniş vüsət aldığı dövrdə demək olar ki, hamı kontent istehsalçısına çevrilib. Bu baxımdan doğru informasiyanın harada olmasını müəyyən etmək cəmiyyət üçün bir qədər çətindir. Odur ki, Medianın İnkişafı Agentlyinin uzun müddətdir ki, apardığı media savadlılığı kampaniyasını təqdirəlayiq hesab etmək lazımdır. Media savadlılığı konfransından başqa, bura daxil olan onlayn platformalardakı dərslər, canlı təlimlər, seminarlar, viral podkastlar, vebinarlar, dəyirmi masalardakı müzakirələr və digər təbliğat üsullarının pozitiv nəticəsini görməkdəyik. Biz cəmiyyətin bütün seqmentinə media savadlılığı bacarıqlarının aşılanmasına çalışırıq. İnsanlar hansı medianın rəsmi olmasını, nəyə etibar etməyin vacib olduğunu, hətta rəsmi media subyektlərində olan informasiyaları digər rəsmi mənbələrlə doğrulamağı, mediada gedən prosesləri anlamağı, produktiv məhsul istehsal etməyi bacarmalıdırlar”.

Qeyd edək ki, 16-22 dekabr tarixləri Medianın İnkişafı Agentliyi tərəfindən "Media Savadlılığı" həftəsi elan edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Dekabr 2024 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see312

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see271

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see226

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see187

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see185

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see170

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see166

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see162

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see148

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see146

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri