Icma.az
close
up
RU
Qorxulu şəkillər, oyunlar... Bizə nə mesaj ötürür?

Qorxulu şəkillər, oyunlar... Bizə nə mesaj ötürür?

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verən bədbəxt hadisə bir daha vəziyyətin ciddiliyini gündəmə gətirib. 13 yaşlı yeniyetmə qızın meyiti valideynləri tərəfindən mənzildə aşkarlanıb. Araşdırmalar nəticəsində məlum olub ki, yeniyetmə gecə hamı yatdıqdan sonra telefonda qorxulu videolar, cin, şeytan, qəbiristanlıq kimi dəhşətli görüntülərə baxırmış. Bu, qorxulu videoların təsirindən baş verən ilk uşaq ölümü deyil. Bəs bu mövzuda valideynlərin üzərinə hansı məsuliyyət düşür?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən psixoloq Firəngiz Ağayevanın sözlərinə görə, bu, uşağın daxili dünyası, emosional ehtiyacları, təhlükəsizlik hissi və valideynlə münasibəti ilə bağlı dərin bir psixoloji məsələdir: “Uşaqların psixikasını ən çox yoran şeylər qorxu, qaranlıq və qorxulu səslərlə dolu videolardır. Bunlar uşağın beynində “təhlükə siqnalını” aktivləşdirir və narahatlıq, gecə qorxusu, aqressiya kimi hallar yaradır. Bu tip videolarda uşaq həmişə bir təhlükə varmış kimi hiss edir. Uşağa telefon vermək, onu bütün dünya ilə tanış etmək üçün müəyyən yaş aralığı var. 0–6 yaş qrupu üçün şəxsi telefon qətiyyən uyğun deyil. Bu dövrdə beynin inkişafı çox sürətlidir və ekran təsiri sinir sistemini həssaslaşdırır. 7–10 yaş üçün yalnız valideynə aid cihazdan məhdud istifadə mümkündür. Sosial şəbəkələr deyil, oyunlar valideyn nəzarəti ilə oynanıla bilər. 11–14 yaş qrupuna sadə və ya məhdudiyyətli smartfon verilə bilər, amma gündə maksimum 1–1.5 saat istifadə, gecə telefonu əlində saxlamamaq, təhlükəsiz tətbiqlər və nəzarət olmalıdır. 15+ yaş qrupuna daha geniş məsuliyyət verilə bilər, amma yenə də açıq dialoq və davranış nəzarəti vacibdir. Burada əsas şərt uşağın telefonun sahibi yox, istifadəçisi olmasıdır. Ailə qaydaları telefonu idarə etməlidir”.
Valideyn nəzarətinin əhəmiyyət kəsb etdiyindən bəhs edən psixoloq, uşağı qorumağın ən sağlam yolunun onu özündən uzaqlaşdırmaq deyil, ona təhlükəsizlik çərçivəsi yaratmaq olduğunu bildirib: ““Telefonuna gizli baxıram” demək əvəzinə, “Telefonuna baxacam, çünki təhlükəsiz qalmağın mənim üçün vacibdir” söyləmək daha doğrudur. Uşaq özü təhlükəsizliyin səbəbini başa düşsə, gizlətməyə ehtiyac duymur. Gecə telefonu otaqda qalmamalıdır. Saat 22:00-dan sonra bütün cihazlar mətbəx və ya salonda qalmalıdır. Uşaqların 90%-i qorxulu məzmunları gecə tənha olanda izləyir. Qadağa uşağı gizlənməyə, qayda isə əməkdaşlığa aparır. “Bu sənin təhlükəsizliyin üçündür” deyərək qayda tətbiq edilməlidir. Gündəlik dialoq vərdişi mühümdür. Uşağa hər gün çox sadə sual verilməlidir. “Bu gün internetdə səni narahat edən bir şey gördün?” “Hansı musiqilər xoşuna gəlmir?” “Hansı oyun səni qorxudub?” Bu suallar həm uşağı rahatladır, həm də valideynə siqnal verir. Uşağın hisslərinə, qorxularına, daxili dünyasına nəzarət etmək lazımdır. Biz onları dinləsək, qorumadan uzaqlaşdırmadan yanında dursaq, onların qaranlıq dünyasında işıq yandırmış olarıq”.
F.Ağayeva uşağın çəkdiyi şəkillərin onun psixoloji vəziyyətindən məlumat verə biləcəyini vurğulayıb: “Rəsm uşağın dilidir. O, danışmadığını çəkir. Son hadisədə qızın dəftərində qorxulu obrazların olması da təsadüf deyil. Həddindən artıq qara, boz, qırmızı tonların çoxluğu, tikanlı, dişli, qaranlıq varlıqlar, çıxışsız yerlər, qapısız otaqlar, insan fiqurlarının çox balaca çəkilməsi, özünü ailədən kənarda göstərməsi, ağlayan gözlər, kəsilmiş fiqurlar, təkrarlanan kabus obrazları, həddindən artıq aqressiv, qarışıq xətlər risk siqnalı ola bilən rəsmlərdir. Bu cür rəsmlər bəzən uşağın içindəki qorxu, çarəsizlik, tək qalmaq hissi, narahatlıq və ya travma izlərini əks etdirə bilər. Şəkil uşağın “mən yaxşıyam” deməsinə baxmayaraq içində nələrin baş verdiyini göstərən pəncərədir. Cəmiyyət olaraq çox vaxt “problemi olan” uşağı hiperaktiv və ya intizamsız uşaq kimi təsəvvür edirik. Amma ən böyük risk qrupunda sakit, tərbiyəli və həddindən artıq mükəmməlliyyətçi uşaqlar olur. Çünki onlar duyğularını gizlədir, “problem yaratmamalıyam” deyə düşünür, valideyni üzməmək üçün susur, hərəkətlərinə görə deyil, iç dünyasına görə yorulurlar. Valideyn isə bu uşaqda problem olduğunu hiss etmir, çünki xaricdə hər şey qaydasındadır. Amma daxildə fırtına ola bilər”.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Dekabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see256

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see171

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see165

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see163

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see162

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see160

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see160

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see159

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see159

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see157

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see157

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see156

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see156

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see155

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see154

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see154

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see152

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see151

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see150

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri