Icma.az
close
up
RU
Doğum azalır, narahatlıq artır: Müəllimlərin gələcəyi necə olacaq?

Doğum azalır, narahatlıq artır: Müəllimlərin gələcəyi necə olacaq?

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Statistik proqnozlara görə, 2026–2030-cu illər arasında birinci sinfə qəbul ediləcək uşaqların sayı hazırkı göstəricidən təxminən 10–15 faiz az olacaq. Bu, gələcəkdə müəllimlərin sayında tənzimləmə və ixtisar ehtimalını artırır”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Azərbaycanda doğum səviyyəsinin azalmasının gələcəkdə müəllimlərin ixtisarına səbəb ola biləcəyi sualına cavabında deyib.

O bildirib ki, doğum səviyyəsindəki bu azalma gələcəkdə məktəb, müəllim və ümumilikdə təhsil infrastrukturunun yenidən optimallaşdırılmasını tələb edəcək:

"Hazırda Azərbaycanda 150 minə yaxın müəllim fəaliyyət göstərir. Əgər hər il orta hesabla 14–15 min az uşaq məktəbə gedəcəksə, 10 ildən sonra ibtidai və əsas təhsil səviyyəsində 10–12 min müəllimin artıq qalması mümkündür. Bu isə dövlətin kadr siyasətində çevik qərarlar qəbul etməsini tələb edəcək. Lakin burada ixtisar yox, yenidən yönləndirmə və ixtisasartırma mexanizmlərinin tətbiqi daha məqsədəuyğundur”.

Ekspertin fikrincə, azalma təkcə məktəblərə deyil, ali təhsil, peşə təhsili və elmi-tədqiqat sektoruna da mərhələli şəkildə təsir göstərəcək.

"Əgər 2023-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 90 min abituriyent iştirak etmişdisə, 2030-cu ilə qədər bu sayın 60–65 minə enəcəyi gözlənilir. Bu, universitetlərin maliyyə dayanıqlığına, professor-müəllim heyətinin sayına və elmi potensialın yenilənməsinə ciddi təsir göstərəcək”.

Kamran Əsədov hesab edir ki, doğum səviyyəsinin azalması fonunda gələcəkdə doktorantura və tədqiqat proqramlarına müraciət edən gənclərin sayında azalma kadr qıtlığını dərinləşdirə bilər:

"Peşə və orta ixtisas təhsili sektorunda da oxşar vəziyyət formalaşır. 2024-cü ildə ölkədə peşə təhsili müəssisələrində təhsil alanların sayı 32 min nəfər olub, bu da ümumi təhsilalanların cəmi 2 faizinə bərabərdir. Əgər demoqrafik azalma tendensiyası davam edərsə, peşə məktəblərinə qəbul edilənlərin sayı daha da azalacaq, bu isə sənaye və texniki sektorun insan resurslarını məhdudlaşdıracaq.

Belə halda, Elm və Təhsil Nazirliyinin son illərdə başladığı peşə təhsilinə marağın artırılması, "PeşəFest”, "Skills Azerbaijan” kimi təşəbbüslər və əmək bazarı ilə inteqrasiyanı gücləndirmə siyasəti xüsusi əhəmiyyət daşıyır”.


Ekspert qeyd edib ki, əgər bu proses davamlı xarakter alarsa, bəzi təhsil müəssisələri boş qala bilər:

"Regionlarda məktəb şəbəkəsi daralacaq və bu da bəzi kəndlərdə məktəblərin bağlanmasına və müəllimlərin miqrasiyasına səbəb ola bilər. Bu vəziyyətin qarşısını almaq üçün dövlət tərəfindən regional təşviq mexanizmləri – məsələn, kənd müəllimlərinə əlavə maliyyə dəstəyi, mənzil proqramları və xidmət stajının artırılması kimi tədbirlər həyata keçirilməlidir. Lakin mənfi təsirlərlə yanaşı, bu prosesin müsbət tərəfləri də var. Siniflərin seyrəlməsi tədrisin keyfiyyətinə müsbət təsir göstərəcək. Əgər 2000-ci illərdə bir sinifdə 30–35 şagird təhsil alırdısa, indi bəzi bölgələrdə bu rəqəm 15–18-dir. OECD standartlarına görə, kiçik siniflərdə tədris daha məhsuldar sayılır. Bu da müəllim–şagird münasibətlərinin daha fərdi, psixoloji və pedaqoji baxımdan dərin qurulmasına şərait yaradır”.

Kamran Əsədov vurğulayıb ki, doğum səviyyəsindəki azalma Azərbaycan təhsil sisteminə həm təzyiq, həm də fürsət yaradır:

"Təzyiq – çünki gələcəkdə şagird və tələbə kontingenti azalacaq, bu da kadr və struktur dəyişikliklərini qaçılmaz edəcək.

Fürsət – çünki sistemin optimallaşdırılması, keyfiyyətin artırılması və resursların yenidən bölgüsü üçün yeni imkanlar açılır.

Elm və Təhsil Nazirliyinin bu sahədə həyata keçirdiyi təhsil şəbəkəsinin optimallaşdırılması, region məktəblərinin klasterləşdirilməsi, müəllimlərin yenidən ixtisaslaşdırılması və peşə təhsilinin gücləndirilməsi siyasəti bu reallıqlara adekvat cavabdır. Dövlətin strateji yanaşması bundan sonra miqdar yox, keyfiyyət prinsipinə əsaslanmalıdır. Azalan uşaq sayı daha çox investisiyanın hər bir şagirdin fərdi inkişafına yönəlməsi üçün tarixi imkan yaradır. Bu, gələcəkdə həm təhsilin, həm elmin, həm də ümumilikdə insan kapitalının keyfiyyət göstəricilərini yüksəldəcək”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2015-ci ildə ölkədə 166 210 uşaq doğulub. Sonrakı illərdə bu rəqəm ardıcıl şəkildə azalıb:

* 2019-cu ildə – 141 179,

* 2020-ci ildə – 126 571,

* 2021-ci ildə – 112 284,

* 2022-ci ildə – 122 846,

* 2023-cü ildə – 112 620,

* 2024-cü ildə isə cəmi 102 310 körpə dünyaya gəlib.

Azalma 2025-ci ildə də davam edir: yanvar–avqust ayları ərzində Azərbaycanda 63 698 uşaq doğulub – bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 431 nəfər az deməkdir.

Gələn tədris ilində birinci sinfə təxminən 14 min az uşaq gedəcək.


Bahar Rüstəmli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see207

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see171

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri