Icma.az
close
up
RU
Doğum azalır, yaşlılar artır səbəb

Doğum azalır, yaşlılar artır səbəb

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkənin demoqrafik balansı dəyişir

Son onilliklərdə Azərbaycanda əhalinin strukturunda ciddi dəyişikliklər müşahidə olunur. Rəsmi statistika göstərir ki, ölkədə doğum səviyyəsi getdikcə azalır, yaşlı nəsil isə əhalinin ümumi tərkibində daha böyük paya sahib olur. Bu tendensiya yalnız ailə qurmaq və uşaq sahibi olmaqla bağlı fərdi seçimlərlə məhdudlaşmır, burada sosial, iqtisadi, mədəni və psixoloji amillər kompleks şəkildə təsir göstərir.

Statistik mənzərə onu deyir ki, ölkədə 30 ilə doğum iki dəfədən çox azalıb. Belə ki, 1991-ci ildə, müstəqilliyin ilk illərində, Azərbaycanda hər 1000 nəfərə 26,6 doğum qeydə alınırdı. O dövr üçün bu, postsovet məkanında ən yüksək göstəricilərdən biri idi. Lakin son məlumatlara əsasən, 2024-cü ildə bu göstərici 1000 nəfərə cəmi 10 doğum səviyyəsinə düşüb. Bu, təxminən iki yarı dəfə azalma deməkdir.

Eyni zamanda, ölkədə orta ömür uzunluğu artaraq 74-75 yaşa çatıb. Bu, müsbət tendensiyadır, lakin doğumun azalması fonunda əhali tərkibində yaşlıların payını artırır. Dövlət Statistika Komitəsinin hesabatına görə, artıq Azərbaycanda 65 yaşdan yuxarı şəxslər əhalinin 7 faizindən çoxunu təşkil edir, bu isə 1990-cı illə müqayisədə iki dəfə çoxdur.

Sosioloqlar hesab edirlər ki, doğumun azalmasının əsas səbəblərindən biri yaşayış xərclərinin artması və sosial təminatın qeyri-adekvatlığıdır. Ərzaq, mənzil, təhsil, səhiyyə və gündəlik xərclərin yüksəlməsi fonunda gənc ailələr artıq bir və ya iki uşaqla kifayətlənməyə çalışırlar.

Əvvəllər çoxuşaqlı ailələr daha çox kənd yerlərində müşahidə olunurdusa, son illərdə bu tendensiya da zəifləyib, kənd təsərrüfatında gəlirlərin azalması, şəhərlərə miqrasiya və işsizlik səviyyəsi burada əsas amillər sayılır.

Məsələn, əgər 1990-cı illərdə bir ailədə 3-4 uşaq normal sayılırdısa, indi bu, nadir hal kimi qiymətləndirilir. Gənclər artıq ailə planlaşdırmasını iqtisadi imkanlarla birbaşa əlaqələndirirlər. Mənzil problemi, iş tapmaq çətinliyi və uşaq baxımının baha olması doğum səviyyəsinə birbaşa təsir göstərir.

Sosioloqların fikrincə, doğumun azalmasının digər mühüm səbəbi də urbanizasiya və qadınların təhsili səviyyəsinin yüksəlməsidir. Yəni, son 20 ildə qadınların ali təhsil alma göstəriciləri ciddi şəkildə artıb. Bu, onların əmək bazarında daha fəal iştirakına və evlilik yaşının yüksəlməsinə gətirib çıxarır. Əgər 1990-cı illərdə qadınların orta evlilik yaşı 20-21 idisə, indi bu rəqəm 26-28 yaşa qədər yüksəlib.

Təhsilli qadınların sosial həyatda aktiv olması isə ailə planlaşdırması mədəniyyətinin artmasına səbəb olub. Bu, inkişaf etmiş ölkələrdə müsbət qəbul edilən tendensiyadır, lakin əgər doğum səviyyəsi əvəzlənmə səviyyəsindən (yəni 2,1 uşaq) aşağı düşərsə, ölkə uzunmüddətli perspektivdə demoqrafik tənəzzül riski ilə üzləşir.

Əhali strukturundakı dəyişikliklər artıq əmək bazarına və sosial sistemə təsir etməyə başlayıb. Gənclərin sayının azalması ölkənin istehsal potensialını zəiflədə, gələcəkdə pensiya fondunun davamlılığını təhlükə altına sala bilər.

Hazırda Azərbaycanda əmək qabiliyyətli yaşda olan əhali ümumi əhalinin 63 faizini təşkil edir. Lakin bu pay azalmağa doğru gedir. Ekspertlər SOS sinqalı çalaraq bildirirlər ki, əgər bu dinamika davam etsə, 2040-cı illərdə Azərbaycan artıq yaşlı əhalisi çox olan ölkələr qrupuna daxil ola bilər. Bu isə pensiya, səhiyyə və sosial təminat sisteminə əlavə yük yaradacaq. Dövlətin əsas məqsədi gənc ailələri uşaqlı olmağa təşviq etmək və demoqrafik balansı qorumaq olmalıdır.

Qeyd edək ki, Azərbaycanda ailə və doğumun stimullaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilir. Məsələn, uşaqlı ailələr üçün sosial müavinətlər, uşaq pulu proqramının mərhələli tətbiqi, ailələr üçün mənzil güzəştləri və sosial ipoteka imkanları, uşaqlar üçün pulsuz vaksinasiya və səhiyyə xidmətləri. Lakin ekspertlər hesab edirlər ki, bu təşviqlər hələ yetərincə güclü iqtisadi motivasiya yaratmır. Bir çox ölkələrdə, xüsusən də Macarıstan, Fransa və Polşada dövlət çoxuşaqlı ailələrə birbaşa maliyyə dəstəyi verir, uşaq baxımı və təhsili dövlət tərəfindən tam qarşılanır. Azərbaycan da bu istiqamətdə siyasətini genişləndirməsə, doğum səviyyəsini sabit saxlamaq çətin olacaq.

O da məlumdur ki, doğum səviyyəsinin azalması təkcə Azərbaycana xas deyil. Gürcüstanda hər 1000 nəfərə 9,7, Ermənistanda isə 10,3 doğum qeydə alınıb. Yəni Cənubi Qafqazın bütün ölkələri demoqrafik azalma mərhələsinə daxil olub. Lakin fərq ondadır ki, Azərbaycanda bu proses hələ qarşısı alına biləcək səviyyədədir.

Sosioloqların fikrincə, indi strateji addımlar atılmasa, növbəti 10-15 ildə demoqrafik yaşlanma sosial və iqtisadi sabitliyə təsir göstərəcək. Qeyd olunur ki, bu prosesin qarşısını almaq üçün gənc ailələrə real iqtisadi dəstək, uşaq baxımı və təhsil sahəsində güzəştlər, qadın məşğulluğu və sosial rifah proqramlarının genişləndirilməsi zəruridir.

Əks halda, 20-30 ildən sonra Azərbaycan cəmiyyətini az gəncli, çox yaşlı əhali strukturu gözləyir - bu isə iqtisadi artım, əmək bazarı və sosial təminat sistemləri üçün ciddi çağırış deməkdir. /Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Oktyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see312

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see307

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see265

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see223

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see220

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see217

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see215

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see215

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see215

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see211

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see211

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see208

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see197

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see193

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see188

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see188

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see179

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see176

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see175

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri