Icma.az
close
up
RU
Doğuşlar azalıb, uşaq pulu bərpa ola bilər? AÇIQLAMA

Doğuşlar azalıb, uşaq pulu bərpa ola bilər? AÇIQLAMA

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

2025-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 95 875 doğulan körpə qeydə alınıb və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,4-ə düşüb. Bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əks olunub. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1%, qız uşaqlarının xüsusi çəkisi isə 46,9% təşkil edib. Körpələrdən 3170-i əkiz, 117-si isə üçəm doğulub.
Qeyd edilib ki, ötən il ölkədə 59 834 ölüm halı qeydə alınıb və 2024-cü il illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,8) qalıb.
Məsələyə sosioloq Mail Yaqublu Demokrat.az-a açıqlamasında münasibət bildirib ki, son illərdə Azərbaycanda əhali artım tempi azalmağa başlayıb:
“Bu isə cəmiyyət üçün ciddi narahatlıq doğuran məsələdir. Çünki ölkənin əhalisi onsuz da çox deyil və doğum səviyyəsinin aşağı düşməsi gələcəkdə demoqrafik baxımdan arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bu vəziyyətin qarşısını almaq üçün müəyyən addımların atılması vacibdir. Məsələn, uşaq pulunun verilməsi belə təşviqedici mexanizmlərdən biri ola bilər və ailələrin daha çox uşaq sahibi olmasına müəyyən dərəcədə stimul yarada bilər. Bununla yanaşı, dövlət tərəfindən üçüncü və dördüncü uşaqların dünyaya gəlməsini təşviq edən əlavə dəstək mexanizmləri də tətbiq oluna bilər. Məsələn, üçüncü və dördüncü uşaqlar üçün uşaq pulundan əlavə, onların 18 yaşına qədər dövlət tərəfindən müəyyən sosial dəstəyin göstərilməsi kimi təşvi proqramları nəzərdən keçirilə bilər. Bu cür addımlar ailələr üçün əlavə motivasiya yarada bilər. Hər halda, artıq bu demoqrafik problemin mövcudluğu hiss olunur və onun aradan qaldırılması üçün dövlət səviyyəsində məqsədyönlü tədbirlərin görülməsi vacibdir”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Mart 2026 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri