Icma.az
close
up
RU
Dollar bir qədər də BAHALAŞACAQ Hər şey Trampdan asılıdır

Dollar bir qədər də BAHALAŞACAQ Hər şey Trampdan asılıdır

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Bu həftə dollar ABŞ-nin güclü iqtisadi göstəriciləri ilə qlobal səviyyədə yüksəlməyə davam edib. Çərşənbə axşamı açıqlanan məlumatlara görə, ABŞ-də iş elanları noyabr ayında gözləniləndən çox artıb və işdən çıxarılmalar aşağı səviyyədə qalıb. Bu vəziyyət inflyasiyanın yenidən arta biləcəyi xəbərdarlığını gətirir. İstiqraz bazarlarında da aktivlik müşahidə olunub və 10 illik istiqraz gəlirləri 8 bənddən çox artaraq son 8 ayın ən yüksək səviyyəsi olan 4,7%-ə çatıb.

Mütəxəssislər bu vəziyyətin ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz endirimlərini təxirə sala biləcəyi, hətta yeni faiz artımlarını düşünə biləcəyi bir mühit yaratdığını bildirirlər.

Çin yuanı ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın ticarət tariflərini artırmaqla hədələməsi səbəbindən son 16 ayın ən aşağı səviyyəsinə düşüb.

Ekspertlər yuanın daha da zəifləməsi ehtimalının olduğunu düşünürlər. Çin Mərkəzi Bankı gündəlik istinad məzənnəsini güclü səviyyələrdə təyin etməyə çalışaraq yuanın ucuzlaşmasına müqavimət göstərməyə çalışsa da, dollar/yuan məzənnəsinin tədricən 7,5 səviyyəsinə doğru irəliləməsi gözlənilir.

Trampın verdiyi vədlər avro və yeni təzyiq altında saxlayır. Avro dollar qarşısında son iki ilin ən aşağı səviyyəsinə enərək 1,0224-ə çatıb və hazırda 1,0323-də ticarət olunur.

Avropa Mərkəzi Bankının (AMB) faiz endirimi gözləntiləri avroya təzyiqi artırır. Yapon yeni də dollara nisbətdə 158,42-yə kimi ucuzlaşaraq son 6 ayın ən aşağı səviyyəsinə çatıb. Dekabr ayında Yaponiyada istehlakçı inamının azalması mərkəzi bankın faiz artımı üçün kifayət qədər əsas tapa bilməyəcəyi ilə bağlı narahatlıqları artırır.

Bu, yenin dollar qarşısında dəyər itirməyə davam etməsinə səbəb olur. Sadalanan faktorlar ABŞ dollarının bir qədər də bahalaşması ehtimalını gücləndirir. Hazırda Dollar İndeksi 109,1 həddindədir.

Analitiklər bildirirlər ki, əgər indeks 110 səviyyəsinə çatarsa, dollar psixoloji amillərin də təsiri ilə bir qədər də bahalaşacaq. Lakin ekspertlər dolların kursundakı dəyişikliyin daha çox Trampın iqtisadi siyasətindən asılı olacağını bildirirlər.

Vasif

Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://sfera.az
archiveBu xəbər 08 Yanvar 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri