Icma.az
close
up
RU
Neft qiymətləri ilə bağlı PROQNOZ: Hər şey Trampdan asılıdır

Neft qiymətləri ilə bağlı PROQNOZ: Hər şey Trampdan asılıdır

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünya bazarında neftin kəskin bahalaşması İranla ABŞ arasında təxminən iki ay davam edən atəşkəsdən sonra tərəflərin yenidən bir-birinə zərbələr endirməsi ilə bağlıdır

Bu fikirləri Modern.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bahalaşmanın səbəbləri, riskləri və qiymətlə bağlı gözləntiləri şərh edərkən deyib. 

O bildirib ki, hərbi eskalasiyanın güclənməsi, qarşıdurmanın dərinləşməsi, eləcə də Hörmüz boğazında tankerlər və yük gəmilərinin minaya düşərək partlaması dünya bazarı səviyyəsində bazar iştirakçılarında narahatlıq yaradıb:

"Bazar iştirakçıları hesab edirlər ki, bu qarşıdurma uzunmüddətli ola bilər. Məhz bu səbəbdən də neftin qiyməti 72 dollardan sürətlə yüksələrək 100 dollar həddini keçdi. Bu, son 22 ayda ilk dəfədir ki, belə yüksək qiymət qeydə alınır. Hazırda isə neft təxminən 98 dollar ətrafında ticarət olunur. Bazar iştirakçıları isə ehtiyat edirlər ki, münaqişə yenidən uzanarsa, mart-aprel aylarında müşahidə olunan vəziyyət təkrarlana bilər".

İ.Şaban xatırladıb ki, bir müddət öncə neftin 1 barelinin qiyməti 126 dollara qədər yüksəlib:

"Düzdür, bu qiymət uzun müddət qorunmadı. Amma istənilən halda 100 dollar səviyyəsi belə dünya bazarında ciddi təlatümlərin göstəricisidir", - deyə o əlavə edib. 

Fond rəhbəri hesab edir ki, bazardakı vəziyyətin sonrakı inkişafı əsasən ABŞ Prezidenti Donald Trampın açıqlamalarından və Vaşinqtonun atacağı addımlardan asılı olaraq dəyişəcək:

"Təsəvvür edin ki, Tramp bir-iki saat sonra çıxış edib "hər şey razılaşdırıldı" desə, neftin qiyməti yenidən öz məcrasına qayıdar və ən azı 80 dollar səviyyəsinə qədər enər. Bu isə onu göstərir ki, dünya bazarı hazırda təlatümlüdür, stabillikdən uzaqdır. Belə kəskin qiymət artımları və enişləri nə istehsalçılar, nə də istehlakçılar üçün arzuolunan vəziyyətdir."

Qeyd edək ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti son ticarət sessiyalarında dalğalanma nümayiş etdirib. Belə ki, bir neçə gün öncə neftin bir barrelinin qiyməti 100 dollar həddini aşıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 İyul 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri