Icma.az
close
up
RU
Dollar bu halda bahalaşacaq İqtisadçı xəbərdarlıq etdi

Dollar bu halda bahalaşacaq İqtisadçı xəbərdarlıq etdi

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Azərbaycan Mərkəzi Bankı avqustun 6-na olan valyuta məzənnələrini açıqlayıb. Dolların məzənnəsi dəyişməz qalsa da, avro bahalaşıb, rubl isə ucuzlaşıb. Ekspertlər yaxın vaxtlarda dolların sabit qalacağını desə də, anidən bahalaşma ehtimalı da istisna edilmir. 

Globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, prosesin baş verməsi üçün müəyyən iqtisadi və geosiyasi şərtlər lazımdır.

Onun sözlərinə görə, şərtlərin bir çoxu Azərbaycanın daxili imkanlarından deyil, xarici amillərdən asılıdır:

“İlk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycanın xarici ticarətinin əsas hissəsini neft və neft məhsulları təşkil edir. Bu səbəbdən dünya bazarlarında neftin qiymətinin ucuzlaşması ölkə gəlirlərinin azalmasına birbaşa təsir edir. Məsələn, “Brent” markalı neftin bir barelinin qiyməti 10-15 faiz azaldığı halda, bu, artıq Mərkəzi Bankın valyuta ehtiyatlarına və gəlirlərinə mənfi təsir göstərir. Nəticədə manatın məzənnəsini sabit saxlamaq üçün imkanlar zəifləyə bilər. Digər mühüm faktor isə regiondakı geosiyasi vəziyyətdir. Əgər bölgədə gözlənilməz gərginlik və ya siyasi böhran yaşanarsa, bu, təkcə Azərbaycanın deyil, bütövlükdə region ölkələrinin valyutalarına təzyiq yarada bilər”.

Kənan Quluzadə

Həmçinin oxuyun:

Dollar və manatın məzənnəsi ilə bağlı mühüm proqnoz: Yaxın illərdə… – RƏSMİ

İqtisadçı deyib ki, manatın ucuzlaşmasına səbəb ola biləcək daha bir amil isə idxal-ixrac balansındakı dəyişiklikdir:

“Əgər idxal kəskin şəkildə artarsa, bazarda dollara olan tələb yüksələr və bu da manata təzyiq yaradar. Bu fonda əhali arasında psixoloji panika da baş verə bilər. Yəni insanlar əllərindəki manatı xarici valyutaya çevirməyə çalışdıqda, nəticədə xarici valyutaya tələbat artar və bu, manatın məzənnəsinə mənfi təsir göstərər. Lakin bütün bu ehtimallara baxmayaraq, hazırkı iqtisadi vəziyyət manatın ucuzlaşması üçün ciddi risk daşımır. Bir neçə mühüm amil bu stabilliyi təmin edir:

Azərbaycan Mərkəzi Bankının kifayət qədər valyuta ehtiyatı var və bu, mümkün tələbi qarşılayacaq səviyyədədir;

Neftin dünya bazar qiyməti hələ də dövlət büdcəsində nəzərdə tutulan qiymətdən yüksəkdir;

Azərbaycanın iqtisadi siyasətində manatın sabit məzənnəsinin qorunması əsas prioritetlərdəndir”.

İqtisadçı son olaraq qeyd edib ki, artıq təxminən 10 ilə yaxındır Azərbaycan manatı sabit olaraq qalır, ciddi dəyər itkisi müşahidə olunmur.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Avqust 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri