Icma.az
close
up
RU
Yükdaşıma və ərzaq qiymətləri bahalaşacaq İqtisadçı

Yükdaşıma və ərzaq qiymətləri bahalaşacaq İqtisadçı

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


"Azərbaycanda 30 iyun 2024-cü ildə dizel yanacağı birdən-birə 25%, yəni, 20 qəpik bahalaşdı, 1 litri 80 qəpikdən 1 manata qaldırıldı. Həmin qərarı verərkən hökumət dedi ki, dünya bazarında neft bahalaşıb deyə belə bir addım atmaq məcburiyyəti yaranıb. 2024-cü ilin iyun ayında dünyada “Brent” markalı neftin ortalama qiyməti 82 dollar idi”.

Bakupost.az xəbər verir ki, bu fikri Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədəki statusunda yazıb.

İqtisadçı bildirib ki, bir neçə gün öncə hökumət yenidən dizel yanacağının qiymətini hər litr üçün 10%, yəni, 10 qəpik qaldırdı:

“Son 1 ayda dünya bazarında “Brent” neftinin ortalama qiyməti 62 dollar olub, yəni, 2024-cü ilin iyun ayına nisbətən indi qiymət 20 dollar, hardasa, 25% daha ucuzdur.

Bir daha 2024-cü ilin iyununda qiymət artanda hökumət dedi ki, dünyada neft bahalaşıb, başqa yol yoxdur, dizel qiyməti də bahalaşmalıdır, indi isə həmin dövrə görə neft 25% ucuzlaşıb, amma hökumət dizelin qiymətini 10% yenə bahalaşdırıb".

Partiya sədrinin sözlərinə görə, dizel yanacağı aqrar sektorda, yük daşımalarda ən vacib xərc maddəsidir, kənd təsərrüfatı mallarının istehsalının maya dəyərində dizel 30-40% (məhsul növündən asılı olaraq) paya malikdir:

“Yükdaşımaların maya dəyərində isə 20-25% dizelin payına düşür. Sadə sual - əgər dizel bahalaşırsa, o zaman aqrar sektor və yükdaşımalar da bahalaşacaqmı?! Bəli, bahalaşma qaçılmazdır. Yaxşı, ölkədə zatən ərzaq qiymətləri durmadan artır, bunun üzərinə də dizel effekti gələcəksə, daha çox bahalaşacaq axı, elə deyil?! Hökumət inflyasiyanı niyə öz əli ilə sürətləndirir, nədən bahalaşmanı artırır?!

Dünyanın bir çox ölkələrində aqrar sektorda çalışan fermerlərə dizel güzəştlə satılır – məsələn, qardaş Türkiyədə fermerlər üçün dizel dəstəyi 2025-ci ildə belə olub:

Çəltik: 250 TL/dekar

Qarğıdalı, Günəbaxan, Pambıq, Soya, Kanola, Aspir: 109 TL/dekar

Noxud, Mərcimək, Paxla: 75 TL/dekar

Zeytun, Meyvə, Tərəvəz, Bağ: 109 TL/dekar

1 dekarlitr = 10 litr, yəni, məsələn, çəltik əkən fermer işlətdiyi hər litr dizelə görə 25 lirə , zeytunla məşğul olanlar hər litrə 10,9 lirə, noxud əkən isə hər litrə görə 7,5 lirə dövlətdən dəstək alıb. Özü də Türkiyənin öz nefti yoxdur, amma, dəstək var..."


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 Yanvar 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see729

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see217

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see146

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see128

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see128

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see128

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see126

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see125

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri