Icma.az
close
up
RU
Dollar güclənir: Azərbaycan manatının devalvasiya riski var? KONKRET

Dollar güclənir: Azərbaycan manatının devalvasiya riski var? KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son aylarda ABŞ dollarının qlobal bazarlarda möhkəmlənməsi bir sıra ölkələrin milli valyutalarına təzyiqi artırıb. Bu proses fonunda Azərbaycanda da manatın gələcək taleyi və mümkün devalvasiya ehtimalı ilə bağlı müzakirələr intensivləşib.

Bəs dolların qlobal güclənməsi fonunda Azərbaycanda devalvasiya riski nə dərəcədə realdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, mövcud iqtisadi göstəricilər yaxın perspektivdə kəskin devalvasiya ehtimalının yüksək olmadığını göstərir.

Onun sözlərinə görə, dolların dünya miqyasında bahalaşması Azərbaycan iqtisadiyyatına müəyyən təzyiqlər yaratsa da, hazırkı şəraitdə manatın məzənnəsinin ciddi risk altında olduğunu söyləmək üçün kifayət qədər əsas yoxdur.

“Yüksək həcmdə strateji valyuta ehtiyatları, neft və təbii qaz ixracından əldə edilən sabit gəlirlər, eləcə də Mərkəzi Bankın məzənnə sabitliyini qorumaq imkanları manatı dəstəkləyən əsas amillərdir. Bu baxımdan yaxın dövr üçün kəskin devalvasiya ssenarisi real görünmür”, – deyə ekspert vurğulayıb.

Akif Nəsirli qeyd edib ki, risklər tamamilə aradan qalxmış hesab edilə bilməz. Onun fikrincə, dünya enerji bazarında qiymətlərin uzun müddət aşağı səviyyədə qalması, ölkəyə xarici valyuta axınının zəifləməsi və qlobal maliyyə bazarlarında ciddi qeyri-sabitliyin yaranması halında manat üzərində təzyiqlər arta bilər.

Ekspert hesab edir ki, hazırkı makroiqtisadi vəziyyət və mövcud maliyyə ehtiyatları nəzərə alındıqda, yaxın perspektivdə kəskin devalvasiya ehtimalı aşağı qiymətləndirilir. Onun sözlərinə görə, hazırda manatın sabitliyini təmin edən əsas faktorlar qüvvədə qalır və bazarda təşviş yaradacaq iqtisadi əsaslar müşahidə olunmur.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 İyun 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see260

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see252

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see231

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see227

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see225

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see221

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see217

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see217

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see215

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see203

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see195

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see193

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see188

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see182

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see179

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see177

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see171

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see167

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see160

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri