Icma.az
close
up
RU
Dollar satışı kəskin artıb, narahatlığa əsas varmı? Ekspertlərdən açıqlama

Dollar satışı kəskin artıb, narahatlığa əsas varmı? Ekspertlərdən açıqlama

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dövlət Neft Fondu bu ilin yanvar-noyabr ayında 6.5 milyard dollara qədər valyuta satıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.55 dəfə çoxdur.

Turkustan.az Fondun yaydığı məlumata istinadla xəbər verir ki, təkcə noyabr ayında qurumun satışı 574,6 milyon dollar olub.

Qeyd edək ki, bu barədə xəbərlər mediada geniş oxucu kütləsi tərəfindən izlənilir. Son illər neft gəlirlərinin azalması, qiymətlərin bahalaşması cəmiyyətdə yeni devalvasiya gözləntiləri yaradıb. Bəzi müstəqil ekspertlərin bu barədə xəbərdarlıqları da ictimai rəydə belə gözləntilərin artmasına səbəb olur. Rusiya rublunun son günlərdə kəskin dəyərdən düşməsi fonunda Neft Fondunun ötən ilin 11 ayı ilə müqayisədə dollar satışını 2.5 dəfədən çox artırması, 10 ayda Mərkəzi Bakın valyuta ehtiyatlarının 900 milyon dollara qədər azalması barədə xəbərlərin vətəndaşlar tərəfindən narahatlıqla qarşılanması başa düşüləndir.

Bəs reallıq necədir, Azərbaycanda dollara tələbatın artması nə ilə bağlıdır, qarşıda devalvasiya riskləri varmı?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “AzPolitika”-ya bildirib ki, 2024-cü ildə Neft Fondunun büdcə xərcləri 12 milyard 905 milyon manat və ya 7 mlrd. 591 milyon dollar təşkil edir. “Demək, büdcə qarşısında öhdəliklərini yerinə yetirmək üçün Fond 11 ayda orta hesabla aylıq 590 milyon dollar vəsait xərcləyib. Neft Fondu büdcə xərclərini tam ödəmək üçün dekabrda 1 mlrd. 90 mln dollar da xərcləyə bilər”, - o əlavə edib.

Bəs nədən ötən illə müqayisədə Neft Fondundan bu il çox vəsait xərclənib? Ekspert deyir ki, səbəbi sadədir: “Neft qiymətləri daha yüksək olmasından və ən əsası da “Şahdəniz” layihəsi üzrə milyard manat əlavə vergi ödənişi olduğundan Neft Fondundan nəzərdə tutulduğu qədər transfertlərə ehtiyac yaranmamamışdı. Valyuta yerli bazarda çox olduğundan hətta banklar onu tam həcmdə almağa maraq göstərməmişdilər. Ona görə də Mərkəzi Bank həmin valyutanı alaraq öz ehtiyatlarını xeyli artırmışdı.

Bu baxımdan da hazırda nə manata hansısa təzyiq var, nə banklarda dollara ajiotaj var. Əksinə, 1 il əvvəllə müqayisədə depozitlərin manatla saxlanılan hissəsi artmağa başlayıb. Onu da vurğulayım ki, ticarət dövriyyəsində neft həcmlərinin hər il 1 mln. ton azalmasına baxmayaraq, kəsir yoxdur”.

İqtisadçı Samir Əliyev isə bildirir ki, Neft Fondunun dövlət büdcəsinin qarşısında öhdəliyi 2024-cü ildə 12,8 milyard manat (7,5 milyard dollar) nəzərdə tutulub. Onun sözlərinə görə, bu vəsaitin 6,5 milyard dolları artıq satılıb. “Büdcə proqnozuna tam əməl edilərsə, sonuncu ayda - dekabrda satılacaq valyutanın həcmi 1 milyard dollar olmalıdır. Bu isə bazarda dollar artıqlığı yarada bilər”, - o əlavə edib.

Ekspert vurğulayır ki, belə vəziyyətdə makroiqtisadi sabitliyi qorumaq və Neft Fondunun büdcə qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə dəstək üçün Mərkəzi Bank bazara alışyönlü müdaxlə edərək son iki ayda azalmaqda olan valyuta ehtiyatını artıra bilər. “Digər addım kimi büdcəyə transfertin həcminin azaldılması mümkündür”, - iqtisadçı əlavə edib. /AzPolitika/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Dekabr 2024 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri