Icma.az
close
up
RU
DOLLAR SATIŞI KƏSKİN ARTIB, NARAHATÇILIĞA ƏSAS VARMI? Ekspertlərdən açıqlama AzPolitika onlayn siyasiictimai qəzet

DOLLAR SATIŞI KƏSKİN ARTIB, NARAHATÇILIĞA ƏSAS VARMI? Ekspertlərdən açıqlama AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dövlət Neft Fondu bu ilin yanvar-noyabr ayında 6.5 milyard dollara qədər valyuta satıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.55 dəfə çoxdur.

“AzPolitika” Fondun yaydığı məlumata istinadla xəbər verir ki, təkcə noyabr ayında qurumun satışı 574,6 milyon dollar olub.

Qeyd edək ki, bu barədə xəbərlər mediada geniş oxucu kütləsi tərəfindən izlənilir. Son illər neft gəlirlərinin azalması, qiymətlərin bahalaşması cəmiyyətdə yeni devalvasiya gözləntiləri yaradıb. Bəzi müstəqil ekspertlərin bu barədə xəbərdarlıqları da ictimai rəydə belə gözləntilərin artmasına səbəb olur. Rusiya rublunun son günlərdə kəskin dəyərdən düşməsi fonunda Neft Fondunun ötən ilin 11 ayı ilə müqayisədə dollar satışını 2.5 dəfədən çox artırması, 10 ayda Mərkəzi Bakın valyuta ehtiyatlarının 900 milyon dollara qədər azalması barədə xəbərlərin vətəndaşlar tərəfindən narahatlıqla qarşılanması başa düşüləndir.

Bəs reallıq necədir, Azərbaycanda dollara tələbatın artması nə ilə bağlıdır, qarşıda devalvasiya riskləri varmı?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “AzPolitika”-ya bildirib ki, 2024-cü ildə Neft Fondunun büdcə xərcləri 12 milyard 905 milyon manat və ya 7 mlrd. 591 milyon dollar təşkil edir. “Demək, büdcə qarşısında öhdəliklərini yerinə yetirmək üçün Fond 11 ayda orta hesabla aylıq 590 milyon dollar vəsait xərcləyib. Neft Fondu büdcə xərclərini tam ödəmək üçün dekabrda 1 mlrd. 90 mln dollar da xərcləyə bilər”, - o əlavə edib.

Bəs nədən ötən illə müqayisədə Neft Fondundan bu il çox vəsait xərclənib? Ekspert deyir ki, səbəbi sadədir: “Neft qiymətləri daha yüksək olmasından və ən əsası da “Şahdəniz” layihəsi üzrə milyard manat əlavə vergi ödənişi olduğundan Neft Fondundan nəzərdə tutulduğu qədər transfertlərə ehtiyac yaranmamamışdı. Valyuta yerli bazarda çox olduğundan hətta banklar onu tam həcmdə almağa maraq göstərməmişdilər. Ona görə də Mərkəzi Bank həmin valyutanı alaraq öz ehtiyatlarını xeyli artırmışdı.

Bu baxımdan da hazırda nə manata hansısa təzyiq var, nə banklarda dollara ajiotaj var. Əksinə, 1 il əvvəllə müqayisədə depozitlərin manatla saxlanılan hissəsi artmağa başlayıb. Onu da vurğulayım ki, ticarət dövriyyəsində neft həcmlərinin hər il 1 mln. ton azalmasına baxmayaraq, kəsir yoxdur”.

İqtisadçı Samir Əliyev isə bildirir ki, Neft Fondunun dövlət büdcəsinin qarşısında öhdəliyi 2024-cü ildə 12,8 milyard manat (7,5 milyard dollar) nəzərdə tutulub. Onun sözlərinə görə, bu vəsaitin 6,5 milyard dolları artıq satılıb. “Büdcə proqnozuna tam əməl edilərsə, sonuncu ayda - dekabrda satılacaq valyutanın həcmi 1 milyard dollar olmalıdır. Bu isə bazarda dollar artıqlığı yarada bilər”, - o əlavə edib.

Ekspert vurğulayır ki, belə vəziyyətdə makroiqtisadi sabitliyi qorumaq və Neft Fondunun büdcə qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə dəstək üçün Mərkəzi Bank bazara alışyönlü müdaxlə edərək son iki ayda azalmaqda olan valyuta ehtiyatını artıra bilər. “Digər addım kimi büdcəyə transfertin həcminin azaldılması mümkündür”, - iqtisadçı əlavə edib.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Dekabr 2024 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri