Icma.az
close
up
RU
Dollar satışına nəzarət gücləndirilir

Dollar satışına nəzarət gücləndirilir

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda valyuta satışına nəzarət tədbirləri sərt şəkildə davam edir. Tədbirlər əsasən yeni lisenziya almış valyutadəyişmə məntəqələrini əhatə edir. 

AzPost FED.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı valyuta dəyişmə məntəqəsi olan “Delta Capital” MMC—nin lisenzhiyasını 1 ay müddətində dayandırıb.

Mərkəzi Bankın yayıdığı məlumata görə, bu qərar “Delta Capital”ın həm əvvəllər verilmişq icrası məcburi göstərişə əməl etməməsi, həm də digər pozuntulara görə verilib.

Belə ki, Mərkəzi Bank bildirir ki, şirkət «Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 4.10-cu və 5.2-ci bəndlərinin tələblərini pozub. Bu bəndlərdə tələb olunur ki, valyuta dəyişmə məntəqəsində daimi mühayfizə olmalı və eləcə də buradakı mühafizə sistemləri 24 saat ərzində mərkəzləşdirilmiş polis mühafizə pultuna qoşulmalıdır. İş saatlarında isə burada silahlı mühafizə olmalıdır. Qeyri-iş saatlarında isə kassada 20 min manatdan artıq pul varsa məntəqədə silahlı mühafizə olmalıdır.

Qaydanın 5.2-ci maddəsində isə – hansı ki pozuntu olduğu bildirilir – deyilir ki, valyutadəyişmə məntəqəsində xəzinədarın yaxasında ad-soyad-ata adı, şəkli və vəzifəsi olan nişan olmalıdır. Eyni zamanda xəzinədar öz səlahiyyətini başqa şəxsə verməməli və məntəqəyə kənar şəxsi buraxmamalıdır.

Amma AMB-nin məlumatından aydın olar ki, “Delta Capital”dakı əsas pozuntular valyuta ilə əməliyyatların limiti keçməsi və qeydə alınmamasına aiddir. AMB-nin məlumatında deyilir ki, valyutadəyişmə məntəqəsi “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 16-1.1-ci maddəsini pozub. Burada deyilir ki, Azərbaycan Mərkəzi Bankı valyuta əməliyyatlarına nəzarət məqsədilə bütün valyuta əməliyyatları barədə məlumatların toplanıldığı vahid informasiya sistemini yaradır. Valyuta nəzarəti agentləri isə (yəni valyutadəyişmə məntəqələri), apardıqları valyuta əməliyyatları barədə məlumatları bu informasiya sisteminə daxil etməli və valyuta nəzarəti məqsədləri üçün həmin sistemdən istifadə etməlidirlər. AMB-nin məlumatından məlum olur ki, şirkət bu sistemdən lazım olduğu kimi istifadə etməyib.

Əsas problem müştərilərə satılıb alınan valyutanın həcmi ilə bağlı olub. AMB bildirir ki, “Delta Capital” şirkəti “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.4-cü, 3.6-cı, 4.7-ci, 6.3-cü və 7.3-cü bəndlərinin tələblərini təkrar olaraq pozub.

3.4-cü maddədə deyilir ki, valyuta dəyişmə məntəqəsi nağd xarici valyutanın bir müştəriyə 500 dollardan artıq satında və ya 10 min dollardan artıq alanda şəxsiyəti təsdiq edən sənəd tələb olunmalıdır. Burada bəzi əməliyyatlar sənədsiz olub.

Qaydaların 3.6-cı maddəsində isə deyilir ki, valyuta dəyişmə məntəqəsi bir nəfərə gün ərzində 20 min manatdan artıq xarici valyuta sata bilməz. Söhbət dollardan gedirsə, bu indiki məzənnə ilə 11 760 dollar edir. Məntəqə isə böyük ehtimalla müştəriyə daha çox dollar satıb və limiti keçib.

Digər səbəb kameraların yerləşməsi və burada baş verən hər şeyi qeydə alması ilə bağlıdır. Qaydaların 4.7-ci maddəsində deyilir ki, müşahidə kameraları xəzinədarı və müştərini, habelə müştəriyə xidmət sahəsini qeydə ala biləcək yerdə quraşdırılmalıdır. Qeydə alınan görüntülər isə azı 6 ay qeydə alındığı valyuta mübadiləsi məntəqəsində, əlavə obyekt olduğu halda həmin görüntülərin ehtiyat nüsxələri isə valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsin əsas binasında saxlanmalıdır. Buq ayda da pozulub.

Qaydanın 6.3-cü bəndi də pozulub – bu bəndə əsasən valyuta mübadiləsi əməliyyatları aparıldıqda müştəriyə həmin əməliyyatlar üzrə ciddi hesabat blankı hesab olunan valyuta mübadiləsi qəbzi verilir.

Nəhayət, 7.3-cü bəndə əsasən, valyuta mübadiləsi məntəqələri burada aparılan valyuta əməliyyatları barədə məlumatları “Valyuta tənzimi haqqında” Qanunun 16-1.1-ci maddəsinə uyğun olaraq Mərkəzi Bankda yaradılmış vahid informasiya sisteminə ötürməlidirlər. Bu qayda da pozulub.

Aşkar olunmuş pozuntuların aradan qaldırılması və fəaliyyətin müvafiq qanunvericilik aktlarının tələblərinə uyğunlaşdırılması məqsədi ilə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci və 13-7.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Bankın qərarı ilə valyuta mübadiləsi əməliyyatlarının aparılması üçün “Delta Capital” MMC-yə verilmiş 08.12.2021-ci il tarixli, VMF-02 nömrəli lisenziyanın qüvvəsi 28.08.2025-ci il tarixindən 1 (bir) ay müddətinə dayandırılıb.

AMB digər valyuta dəyişmə məntəqəsi – “Zuhur” MMC-nin də lisenziyasını 1 aylıq dayandırıb. Səbəb AMB-nin göstərişlərinə əməl etməməsi olub.

Söhbət “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 16-1.1-ci maddəsinin və “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 4.7-ci bəndinin tələblərinin təkrar şəkildə pozulmasından gedir (hər iki maddə barədə yuxarıda məlumat verilib).

Aşkar olunmuş pozuntu hallarının aradan qaldırılması və fəaliyyətin müvafiq qanunvericilik aktlarının tələblərinə uyğunlaşdırılması məqsədi ilə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci və 13-7.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Bankın qərarı ilə valyuta mübadiləsi əməliyyatlarının aparılması üçün “Zuhur” MMC-yə verilmiş 15.03.2022-ci il tarixli, VMF-03 nömrəli lisenziyanın qüvvəsi 28.08.2025-ci il tarixindən 1 (bir) ay müddətinə dayandırılıb.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azpost.info
archiveBu xəbər 28 Avqust 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1075

Tramp yenidən hərbi əməliyyatlara başlamaq istəmir

01 İyun 2026 08:02see319

Yatmazdan əvvəl bunu yeyənlər sürətlə arıqlayır

01 İyun 2026 01:01see246

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see229

“Əl ağacı, yoxsa vətəndaş?” Pərvanə Bayramqızı yazır

01 İyun 2026 09:00see195

Bina çökdü, 11 nəfər öldü

01 İyun 2026 04:17see195

İran Prezident Administrasiyası Pezeşkianın istefa iddialarını təkzib edib

01 İyun 2026 02:57see179

Bütün iPhone lar sınaqdan keçirildi: Ən yaxşı model açıqlandı

01 İyun 2026 02:31see177

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see176

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see168

Qordonun yerinə Liqa 1 dən namizəd

01 İyun 2026 03:17see166

Rusiya ordusu Zaporojyedə dəmir yolunu vurdu: Ölənlər və yaralananlar var FOTO

01 İyun 2026 04:42see161

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see156

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see155

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see155

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see153

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see150

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see149

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see148

Ramanada qayınata gəlini qətlə yetirib

01 İyun 2026 18:39see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri