Icma.az
close
up
RU
QHT sektoruna nəzarət gücləndirilir...

QHT sektoruna nəzarət gücləndirilir...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Gürcüstan Parlamenti “Qrantlar haqqında” qanunu sərtləşdirir

Qonşu və dost Gürcüstanın hazırkı hakimiyyəti milli maraqların qorunması, ölkəyə xarici təsirlərin qarşısının alınması məqsədilə qətiyyətli siyasi iradə ortaya qoyur. Təkcə ötən il Qərbin və daxildəki birləşmiş müxalifətin ciddi təzyiq cəhdlərinə baxmayaraq, ölkə parlamenti hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının təşəbbüsü əsasında xarici təsirlərə nəzarətin gücləndirilməsini və gürcü xalqının milli ləyaqətinin, ailə dəyərlərinin qorunmasını hədəfləyən iki mühüm qanun qəbul etdi. Hazırda isə oxşar məzmunlu daha bir qanun layihəsi parlamentin müzakirələrinə çıxarılıb. Söhbət “Qrantlar haqqında” qanuna nəzərdə tutulan dəyişikliklərin müzakirələrindən gedir. Hakim komanda sözügedən qanunun sərtləşdirilməsinin zəruriliyi mövqeyindən çıxış edir ki, bu da səbəbsiz deyil.

ABŞ-ın FARA qanunu Gürcüstanda

Hər bir ölkədə vətəndaş cəmiyyəti təsisatlarının müstəsna rolu barədə geniş müzakirələr açmağa lüzum yoxdur. Uğurlu dövlət modelini ictimai sektorun fəallığından və təşəbbüslərindən kənarda təsəvvür etmək mümkün deyil. Məhz xüsusi önəmi nəzərə alınmaqla vətəndaş cəmiyyəti təsisatları milli maraqlarla ziddiyyət təşkil edən, hətta bu maraqlara təhdidlər yaradan kənar təsirlərdən qorunmalıdır. Bu məsuliyyət isə bilavasitə dövlətin üzərinə düşür. Geosiyasi reallıqları nəzərə alan rəsmi Tbilisi də məhz belə yanaşmalardan çıxış etməklə  “Qrantlar haqqında” qanunu sərtləşdirməyə qərar verib.

Bu günlərdə Gürcüstan parlamenti qeyri-hökumət təşkilatlarının (QHT) dövlət qrantları almaq imkanını nəzərdə tutan “Qrantlar haqqında” qanuna dəyişiklikləri sürətləndirilmiş qaydada nəzərdən keçirib və üçüncü oxunuşda təsdiqləyib. Dəyişikliklərin qəbulunu qanunverici orqanın 80 üzvü dəstəkləyib.

Layihəyə əsasən, qrantların verilməsinə yeni qurum - Dövlət Qrantlarının İdarə Edilməsi Agentliyi cavabdeh olacaq.  Yalnız fəaliyyəti ölkənin inkişaf prioritetlərinə uyğun gələn təşkilatlar maliyyə alacaqlar.  Artıq 2025-ci ilin dövlət büdcəsindən bu məqsədlə 20 milyon lari ayrılıb.

Parlamentdə aparılan müzakirələrdə Amerika Birləşmiş Ştatlarında (ABŞ) uzun illərdir ki qüvvədə olan oxşar qanuna istinad olunub. Qeyd edək ki, ABŞ-da “Xarici Agentlərin Qeydiyyatı Aktı” (FARA) adlanan qanuna əsasən, xarici güclərin maraqlarını hansısa bir formada güdən şəxslər xarici hökumətlə əlaqəli fəaliyyətləri və maliyyə barədə məlumatları açıqlamalıdırlar. Qanunun məqsədi hakimiyyətin və Amerika xalqının belə şəxslərin bəyanatlarına, hərəkətlərinə qiymət verməsini asanlaşdırmaqdır.

Maliyyələşmə mexanizmi dəyişir

Bəs indiki həssas dönəmdə Gürcüstanda oxşar məzmunlu qanunun sərtləşdirilməsi hansı vazkeçilməz amillərlə şərtlənir? Sualın cavabı konkretdir: Hakim komanda ölkədə qeyri-hökumət təşkilatlarının sayının hədsiz dərəcədə artması və onların böyük əksəriyyətinin xaricdən maliyyə asılılığında olması reallığından çıxış edir. 2024-cü ilin məlumatına əsasən, Gürcüstanda aktiv fəaliyyət göstərən 25 min qeyri-hökumət təşkilatı var. Gürcüstanın 3,7 milyon əhalisi olduğunu nəzərə alsaq, bu, dünyada adambaşına düşən ən yüksək göstəricilərdən biridir, yəni hər 148 Gürcüstan vətəndaşına, demək olar ki, bir QHT düşür. Narahatlıq yaradan ən mühüm məqam ondan ibarətdir ki, ölkədə qeydiyyata alınan QHT-lərin təxminən  90 faizi xaricdən maliyyələşir.

Aydın məsələdir ki, pulu verən onu alana istədiyi mahnını sifariş verir. Gürcüstan hakimiyyəti o mövqedən çıxış edir ki, siyasi mənada sifarişi verilən “mahnılar” ölkənin milli təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır. Bu narahatlıq əbəs deyil. İndiyədək Gürcüstanda yerli QHT-lərin xaricdən ölkəyə ixrac edilən müxtəlif “rəngli inqilab” ssenarilərində yer aldıqlarına dair çoxsaylı faktlar sadalamaq mümkündür. Gürcüstan QHT-larının Qərb donorları arasında Avropa İttifaqı, ABŞ-ın keçmiş administrasiyası, Soros Fondu kimi müxtəlif qurumlar var. İndiyədək 100-dən çox ölkədə şəbəkə qurmağa nail olan və D.Trampın bir qədər bundan əvvəl ifşa etdiyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) burada “aktivliyini” xüsusi qeyd edə bilərik. Gürcüstanın qeyri-hökumət təşkilatları 2024-cü ildə ölkədə parlament seçkiləri ərəfəsində sözügedən qurumdan 41 milyon dollardan çox vəsait alıblar. Etiraf olunur ki, bu pullar Gürcüstanda QHT-lər üzərindən daxili sabitliyin pozulmasına yönəldilib.

Belə kədərli reallıq fonunda Gürcüstan hakimiyyətinin hərəkətə keçməsi tam başadüşüləndir. Dövlət gec də olsa  ictimai sektora nəzarəti gücləndirməkdə qərarlıdır. Həm də bu, yalnız qadağa və məhdudiyyətlərlə edilməyəcək.  Baş nazir İrakli Kobaxidze bildirib ki, Gürcüstanda qeyri-hökumət təşkilatları dövlət büdcəsindən xarici donorlardan aldıqları maliyyədən bir-iki dəfə çox vəsait alacaqlar.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Fevral 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri