Dollar tarixi rekord qırdı
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranda ABŞ dollarının məzənnəsi növbəti dəfə tarixi maksimum səviyyəyə yüksəlib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin qeyri-rəsmi valyuta bazarında 1 ABŞ dolları 195 min 700 tümənə, yəni 1 milyon 957 min riala satılır.
Bu göstərici İran rialının tarixində ən aşağı dəyər hesab olunur. Son aylarda ABŞ və İsraillə artan hərbi gərginlik, yeni sanksiyalar, inflyasiya və iqtisadi qeyri-müəyyənlik milli valyutanın sürətlə ucuzlaşmasına səbəb olub.
İqtisadçıların fikrincə, rialın zəifləməsi idxal məhsullarının qiymətini daha da artıracaq, inflyasiya təzyiqini gücləndirəcək və əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərəcək.
Qeyd edək ki, İran uzun illərdir beynəlxalq sanksiyalar, yüksək inflyasiya və valyuta bazarındakı qeyri-sabitliklə mübarizə aparır. Son rekord isə ölkənin maliyyə sistemində böhranın daha da dərinləşdiyini göstərən əsas göstəricilərdən biri kimi qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 20 İyul 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















