“SpaceX” rekord qırdı 3 trilyon dollar dəyərə çatdı
Bakupost saytına istinadən Icma.az xəbər verir.
Tarixin ən böyük IPO-larından (Initial Public Offering –şirkətin səhmlərinin tənzimlənən bazara ilkin kütləvi yerləşdirilməsi) biri ilə fond bazarında debüt edən İlon Maskın kosmik və süni intellekt şirkəti “SpaceX” yüksəlişini davam etdirir.
Bakupost.az xəbər verir ki, şirkətin səhmləri IPO-dan sonra sürətlə bahalaşaraq 17%-dən çox artıb və bazar kapitallaşması 3 trilyon dollar həddini keçib. Bu nəticə “SpaceX”i qlobal texnologiya nəhəngləri arasında ən dəyərli şirkətlərdən birinə çevirib.
Məlumata görə, bu göstərici ilə “SpaceX” qiymətləndirmə baxımından “Amazon”u təxminən 300 milyard dollar, “Microsoft”u isə 20 milyard dollara yaxın üstələyib. Analitiklər şirkətin həm kosmik texnologiyalar, həm də süni intellekt sahəsindəki potensialını bu sürətli yüksəlişin əsas səbəblərindən biri kimi qiymətləndirirlər.
Bazar müşahidəçiləri qeyd edir ki, investor marağının yüksək qalması “SpaceX”in gələcəkdə də dəyər artımını davam etdirə biləcəyini göstərir.
Bahar Babaşova, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 18 İyun 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















