Dollar və avro bahalaşdı: Manatı nələr gözləyir? VACİB AÇIQLAMA KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Rusiyada son günlər dollar və avronun məzənnəsi yüksəlib. Bəs, bu Azərbaycan manatına necə təsir edə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, dollar və avronun bahalaşmasının əsas səbəbi rublun ucuzlaşmasıdır:
“Rusiya rublunun ucuzlaşması Azərbaycan manatına elə bir əhəmiyyətli təsir etməyəcək. Çünki son bir ildə rubl kifayət qədər bahalaşıb.
İndi sadəcə həmin artımın bir hissəsini itirir. Ona görə də Azərbaycan üçün təhlükəli vəziyyət yoxdur”.
Ekspert əlavə edib ki, manat dollara bağlı olduğundan, rubl və avrodakı dəyişikliklər Azərbaycan valyutasına təsir göstərmir:
“Manat son 8 ayda bahalaşmayıb, dollarla birlikdə digər valyutalara nisbətdə ucuzlaşıb. 1 dollar = 1.70 manat məzənnəsi artıq 8 ildir dəyişməz qalır. Bu ilin əvvəlindən dolların ucuzlaşması manata da təsir edib, amma bu, ciddi risk yaratmır”.
Xalid Kərimli qeyd edib ki, hazırda Azərbaycan üçün valyuta bazarında heç bir təhlükəli tendensiya müşahidə olunmur.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 10 Sentyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















