Dollar və manatın məzənnəsi haqda proqnoz: dəyişiklik olacaq TARİX KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Son bir ildir ki, dolların bahalaşacağı ilə bağlı müzakirələr səngimir. Xüsusilə də, bu ilin payız aylarında manatın dəyər itirəcəyi istiqamətində fikirlər səsləndirilir. Bəzi iqtisadçılar məzənnə dəyişikliyinin gözlənildiyini qeyd edirlər.
Bu proqnozlar nə dərəcədə əsaslıdır? Payızda dolların bahalaşması real görünürmü?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, 2025-ci ildə məzənnə dəyişikliyi gözlənilmir:
“Hazırda manatın ucuzlaşmasına və dolların bahalaşmasına səbəb olacaq hər hansı iqtisadi əsas yoxdur. Ona görə də 2025-ci ildə belə bir qərarın verilməsi real görünmür. Lakin bu o demək deyil ki, gələcəkdə bahalaşma baş verməyəcək. 2026-cı ildə məzənnə dəyişikliyi ehtimalı daha yüksəkdir. Bizdə məzənnə də inzibati şəkildə tənzimləndiyi üçün dəyişiklik yalnız hökumətin və Mərkəzi Bankın qərarı ilə mümkündür.
Yəni bu, bazarın diktəsi ilə deyil, inzibati qərarla baş verir. Bu səbəbdən düşünürəm ki, 2025-ci ildə məzənnənin dəyişdirilməsi çox aşağı ehtimallıdır. Amma 2026-cı il üçün belə bir qərarın gündəmə gəlməsi kifayət qədər real görünür”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 21 İyul 2025 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















