Icma.az
close
up
RU
Dollar və manatın məzənnəsi: vacib qərar verildi, bundan sonra...

Dollar və manatın məzənnəsi: vacib qərar verildi, bundan sonra...

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 10-da verdiyi qərara əsasən, uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılıb. Bildirilib ki, bu, faktiki inflyasiyanın proqnoz trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi mühit, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülük mexanizmi nəzərə alınmaqla qəbul edilib.

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, AMB-nin qərarının əsas məqsədi məzənnəni sabit saxlamaqdır:

“Manat kütləsi və faiz dərəcələri elə tənzimlənir ki, dolların məzənnəsi dəyişməsin. Nəticədə faiz siyasəti yalnız dar bir çərçivədə hərəkət edə bilir və bu da kreditlərin ucuzlaşmasına imkan vermir. Hazırda ABŞ-da dolların ucuzlaşması və inflyasiya gözləntiləri müşahidə olunur. Azərbaycan manatı dollara sıx bağlı olduğundan bu proses ölkəmizdə də inflyasiya riski yaradır. Belə şəraitdə kredit faizlərinin aşağı düşməsi real görünmür. Əksinə, inflyasiya təzyiqlərini azaltmaq üçün AMB faiz dərəcələrini artırmaq məcburiyyətində qala bilər. Bu isə iqtisadi aktivliyi daha da zəiflədir”.

Elçin Rəşidov

İqtisadçı qeyd edib ki, manatın dollara bu qədər bağlı olması AMB üçün “komfort zona” yaratsa da, iqtisadiyyatı tələyə salır və qeyri-neft sektorunun inkişafını məhdudlaşdırır:

“Son illərdə iqtisadi artım ya çox zəif olub, ya da ümumiyyətlə müşahidə edilməyib. İqtisadiyyat Nazirliyinin təqdim etdiyi statistikalar isə inflyasiya nəzərə alınmadan verildiyi üçün real mənzərəni əks etdirmir”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Sentyabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri