Icma.az
close
up
RU
Dollar və qızıl üçün YENİ PROQNOZ

Dollar və qızıl üçün YENİ PROQNOZ

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Federal Ehtiyat Sistemi (Fed) iyun ayına dair gözlənilən faiz qərarını açıqlayıb. 

News24.az bildirir ki, bank politika faizini 4.50% səviyyəsində sabit saxlayaraq bazar iştirakçılarının gözləntilərinə uyğun davranıb. Bu qərar dünya maliyyə bazarlarında, xüsusilə də qızıl və dollar bazarında ciddi maraqla qarşılanıb.

İqtisadçı Hikmət Baydar qərarı şərh edərək bildirib ki, hazırkı geosiyasi vəziyyət – yəni İsrail ilə İran arasında davam edən müharibə və onun neft qiymətlərinə təsiri, ABŞ-da inflyasiya təzyiqlərini artırır. Bu səbəbdən Fed faiz endirimində ehtiyatlı davranır.

“Fed, hazırkı qeyri-sabit mühitdə tələsik faiz endirimi etmək istəmir. İran və İsrail arasında müharibə davam etdikcə, faizlərin endirilməsi ehtimalı da gecikəcək,” – deyə Baydar qeyd edib.

Baydar, dollar indeksinin 98 bəndinə qədər geriləməsini, dolların qlobal miqyasda zəifləməsinin göstəricisi kimi dəyərləndirir. Bu zəifləmə, investorların qızıla yönəlməsinə səbəb olur. Son dövrlərdə qızıl qiymətlərində müşahidə olunan artım, məhz bu dollar qaçışının nəticəsi kimi qiymətləndirilir.

“Hazırda qızıl qiymətləri sabit dalğalanma içindədir. Aydın bir trend yoxdur. Əgər risklər azalsa, qızılda eniş tendensiyası güclənə bilər,” – deyə Baydar bildirib.

Baydara görə, dolların dəyərsizləşməsi, ABŞ üçün yeni inflyasiya dalğası yarada bilər. Bu səbəbdən Fed, faiz endirimini təxirə salmaqla daxili bazarı qorumağa çalışır.

“Dollardan və ABŞ istiqrazlarından çıxış var. Əgər Fed faizi endirərsə, bu çıxış daha da sürətlənəcək və inflyasiya riski artacaq,” – deyə o vurğulayıb.

Hazırkı şərtlərdə, həm qızıl, həm də dollar üçün qeyri-müəyyənliklər qalmaqdadır. Fed-in siyasəti, qlobal geopolitik risklər və inflyasiya göstəriciləri bu iki bazarın istiqamətini müəyyən edəcək. Yatırımçılar isə diqqətli və çevik davranmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 İyun 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri