Icma.az
close
up
RU
Məşhur bankdan qızıl üçün proqnoz

Məşhur bankdan qızıl üçün proqnoz

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gözlənilən yeni qiymət səviyyəsi…
Keçən həftə rekord səviyyəyə yaxınlaşan qızıl qiymətləri bu həftəyə nisbətən sabit və cüzi azalma ilə başlayıb. ABŞ-ın aparıcı maliyyə qurumlarından olan “Goldman Sachs” qızılın qiymətinin 4 min dollara qədər yüksələ biləcəyini açıqlayıb.

Tribunainfo.az  xəbər verir ki, “Goldman Sachs” və “UBS Group AG” analitiklərinin qiymətləndirməsinə görə, gözləniləndən daha güclü mərkəzi bank tələbi və qızılın durğunluqla yanaşı geosiyasi risklərə qarşı qoruyucu aktiv kimi artan rolu 2025-ci ildə qiymətlərin daha da yüksələcəyini dəstəkləyəcək.

“Goldman Sachs” analitikləri, o cümlədən Lina Tomasın da daxil olduğu qrup qızılın bu ilin sonuna qədər unsiyası 3.700 dollar, 2026-cı ilin ortalarına qədər isə 4.000 dollar olacağını proqnozlaşdırır. Digər tərəfdən UBS strateqi Coni Teves 2025-ci ilin dekabrına qədər 3.500 dollar səviyyəsini hədəf göstərib.

Bu yeni hədəflər keçən həftə qızılın %6,6 artması və qiymətlərin bazar ertəsi günü unsiyası 3.245 dolları keçərək yeni rekord səviyyəyə çatmasının ardından irəli sürülüb. Hər iki banka daha əvvəl mart ayında qiymət proqnozlarını yeniləmiş və ABŞ sabiq prezidenti Donald Trampın ticarət siyasətlərinin qlobal bazarlarda yaratdığı qeyri-müəyyənliyin qızıl üçün ciddi yüksəliş potensialı yaratdığını bildirmişdi.

“Goldman Sachs” analitikləri qeyd edirlər ki, rəsmi sektor tərəfindən bu il ayda orta hesabla 80 ton qızıl alınacağı gözlənilir – bu, əvvəlki 70 ton proqnozundan daha yüksəkdir. Həmçinin, qızıl alışı tövsiyələrini bir daha təkrarlayıblar. Artan resessiya risklərinin isə külçə qızıl dəstəkli fondlara investisiyaları sürətləndirəcəyi vurğulanıb.

Analitiklər bildiriblər ki, bankın iqtisadçıları hal-hazırda resessiya ehtimalını 45% olaraq qiymətləndirirlər. “Son dövrdəki maliyyə axınları gözləniləndən yüksək olub. Bu da yəqin ki, artan resessiya riskinə qarşı investorların daha çox təhlükəsiz liman axtarışını və riskli aktivlərdən uzaqlaşmasını əks etdirir. Əgər bu ssenari gerçəkləşərsə, ETF investisiyaları daha da sürətlənə və qızılın qiyməti ilin sonuna qədər unsiyası 3.880 dollar səviyyəsinə çata bilər”, deyə “Goldman” analitikləri qeyd ediblər.

Digər tərəfdən UBS, dəyişən qlobal ticarət və geosiyasi fonun qızıla olan ehtiyacı artırdığını bildirərək, mərkəzi banklar, uzunmüddətli sərvət idarəçiləri, makro fondlar, özəl sərvət sahibləri və pərakəndə investorlar daxil olmaqla bazarın müxtəlif seqmentlərindən güclü tələb gözlədiklərini vurğulayıb.

Coni Teves əlavə edib ki, hazırda qızıl bazarında mövqelər hələ də “şişirdilmiş” deyil və bu da əlavə alış potensialının olduğunu göstərir: “Qızıl mövqelərinin ümumi fond aktivlərinə nisbəti 2012-13-cü illərdəki zirvəyə çatmaq məcburiyyətində deyil, amma 2020-ci ildəki səviyyələri aşmaq potensialına malikdir”.

O həmçinin bildirib ki, 2008-ci il maliyyə böhranından sonra qızılın investor bazası genişlənib və davam edən qeyri-müəyyənlik, portfellərin şaxələndirilməsi ehtiyacını artıraraq qızıl üçün əlavə üstünlük yaradır.

Sonda Teves vurğulayıb ki, qismən məhdud mədən hasilatı və mərkəzi bank ehtiyatları ilə ETF-lərə bağlı olan böyük qızıl həcmləri, bazarda likvidlik imkanlarının azalmasına və bunun nəticəsində qiymət hərəkətlərinin daha kəskin olmasına səbəb ola bilər.

Qaynarifno

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 Aprel 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri