Dolların gələn il üzrə məzənnəsi ilə bağlı proqnozlar açıqlandı
Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Morgan Stanley”, eləcə də “JPMorgan Chase” investisiya banklarının strateqləri dolların məzənnəsinin gələn ilin ortalarında zirvəyə yüksələcəyini, sonra sərt eniş yaşayacağını proqnozlaşdırırlar. "Societe Generale"dan verilən açıqlamada bildirilir ki, dollar indeksi gələn ilin sonuna qədər 6 faiz ucuzlaşacaq. Bankın valyuta strategiyasının rəhbəri Kit Juckes bildirib ki, 2024-cü ili 2015-ci ildən bəri ən güclü ralli ilə başa vuran dollar dayanıqlı olmayan mərhələyə keçir.
Teleqraf.com xəbər verir ki, dollar indeksi 2024-cü ildə 6,3 faiz bahalaşıb. Yükəlmə əsasən ABŞ-da noyabrın əvvəlində keçirilən prezident seçkilərindən sonra Donald Trampın bəzi ölkələrlə ticarətdə gömrük rüsumlarının artırılacağı ilə bağlı açıqlamalarından sonra baş verib. “Morgan Stanley”in makro və valyuta strateqlərinin fikrincə, gələn ilin bu vaxtı dollar indiki səviyyədən çox aşağı olacaq. “JPMorgan” analitikləri isə hesab edir ki, Federal Ehtiyat Sistemi faiz dərəcələrini əhəmiyyətli dərəcədə yumşaldarsa, dollar nisbi gəlir/böyümə üstünlüyünü itirəcək. Bu da ABŞ valyutasının kəskin zəifləməsinə gətirib çıxaracaq.
Baxış sayı:81
Bu xəbər 16 Dekabr 2024 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















