Icma.az
close
up
RU
Vəhdət Partiyası regionlarda dayaqlarını bərkidir

Vəhdət Partiyası regionlarda dayaqlarını bərkidir

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sədr Adəm İsmayıl Bakuvi: “Məqsədimiz regionlarda hər bir vətəndaşla sıx əlaqə qurmaqdır”

Vəhdət Partiyası silsilə regional konfranslarını davam etdirir. “Yeni Sabah” xəbər verir ki, Şirvan Gənclər Evində 100-dən çox partiya üzvünün iştirakı ilə keçirilən toplantıda əsas diqqət təşkilatın bölgələrdə daha çevik və səmərəli fəaliyyətinin təmin edilməsinə yönəlib. Vəhdət Partiyasının regionlarda işinin gücləndirilməsi istiqamətində görülən işlər, təşkilati islahatlar, yerli strukturların yenilənməsi və ictimai fəallığın artırılması tədbirin əsas müzakirə mövzuları olub.

Konfransda çıxış edən Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi partiyanın əsas missiyası, fəaliyyət prinsipləri və qarşıya qoyduğu məqsədlər barədə geniş məlumat verib. Sədr vurğulayıb ki, Vəhdət Partiyası bütün regionlarda yenilənmə, güclənmə və cəmiyyətlə daha sıx əməkdaşlıq xəttini davam etdirir.

“Məqsədimiz yalnız təşkilatın sayını artırmaq deyil, həm də regionda hər bir vətəndaşla sıx əlaqələr qurmaq, ictimai problemlərin həllinə töhfə vermək və gənclərin siyasi-ictimai fəallığını yüksəltməkdir”. Sədr Adəm İsmayıl Bakuvi partiyanın hər bir üzvünün fikirlərinə, təkliflərinə və təşəbbüslərinə açıq olduqlarını, qarşılıqlı əməkdaşlıq və şəffaf idarəetmə prinsiplərinin təşkilatın fəaliyyətində əsas rol oynayacağını vurğulayıb. O, yeni formalaşacaq komandanın işinə böyük inam bəslədiyini bildirib və təşkilat üzvlərinə uğurlar arzulayıb.

Konfransda partiyanın regionlarda, o cümlədən Şirvan şəhəri və Hacıqabulda qarşıdakı dövrdə həyata keçirəcəyi fəaliyyət istiqamətləri geniş şəkildə müzakirə olunub, bir sıra önəmli qərarlar qəbul edilib. Şəhər üzrə partiya özəklərinin genişləndirilməsi vacib sayılıb. Eyni zamanda, partiyaya yeni üzvlərin cəlbi və gənclərlə iş xüsusi diqqət mərkəzində saxlanılacağı qeyd edilib. o cümlədən, sosial layihələrin genişləndirilməsi də prioritet olaraq saxlanılıb. Xüsusilə şəhid və qazi ailələrinin sosial dəstəyi, aztəminatlı ailələr üçün proqramlar, ekoloji təşəbbüslər və könüllülük fəaliyyətləri diqqət mərkəzində olacağı bir daha vurğulanıb.

Konfrans çərçivəsində Şirvan şəhər təşkilatının rəhbərliyinə seçkilər keçirilib, İlkin Nuraliyev yekdilliklə Şirvan şəhər təşkilatının sədri seçilib. Vəhdət Partiyasının regionlarda apardığı işlərin davamı olaraq Hacıqabulda rayon təşkilatının da bərpa konfransı keçirilib, Rövşən Heydərov rayon təşkilatının sədri seçilib.

Görüşün sonunda iştirakçılar partiyanın işində gənclərin iştirakı, sosial layihələrin inkişafı, partiyanın struktur islahatları və yerli problemlərin həlli barədə fəal müzakirələr aparıblar.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Dekabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri