Icma.az
close
up
RU
Dolların kursu ilə bağlı həyəcan TƏBİLİ: Manatın məzənnəsi DƏYİŞƏCƏK?

Dolların kursu ilə bağlı həyəcan TƏBİLİ: Manatın məzənnəsi DƏYİŞƏCƏK?

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Neftin qiyməti enməkdə davam edir. Ötən həftədən başlayan qiymət enməsi bu həftə də davam edib. Artıq neftin qiyməti 70 dollar həddinə qədər enib. ABŞ-ın OPEK+ ölkələrinə hasilatın artırılması ilə bağlı çağırışları artıq bazara təsirini göstərməyə başlayıb. Belə ki, OPEK+ üzvü olan ölkələr aprel ayından etibarən hasilatı artırmağa qərar veriblər. Daha əvvəl könüllü şəkildə azaldılan hasilat tədricən bərpa ediləcək və bu da bazara əlavə olaraq 2,2 milyon barel neftin daxil olmasına səbəb olacaq.

İki əsas boru kəmərindən asılı olan Azərbaycan iqtisadiyyatı üçün bu tendensiya müəyyən risklər yarada bilər. Neftin qiymətinin gündəlik dəyişikliklərinə deyil. Hazırda 2025-ci ilin ilk iki ayında neftin orta qiyməti 80 dollara yaxın olub. Lakin mart ayında bu rəqəm 70-73 dollardırsa, aprel ayında 70 dollardan aşağı düşə bilər. Bu isə o deməkdir ki, 2025-ci ilin birinci yarısı üçün büdcədə nəzərdə tutulan neftin orta qiyməti 70 dollara yaxın olsa da, ilin ikinci yarısında qiymətlərin 70 dollardan aşağı düşməsi ehtimalı artır.

Bəs bu zaman hansı risklər yaranır?

Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, neftin qiymətinin ucuzlaşması ölkə iqtisadiyyatına hətta dolların məzənnəsindən daha ciddi risklər yarada bilər.

“Neftin qiymətinin düşməsi dolayısı ilə dollara da təsir edir. Azərbaycanda dolların qiymətini hökumət inzibati qaydada tənzimləyir. Neft Fondundan götürülən valyutanın hərrac yolu ilə satılması nəticəsində bazarda dollara tələbat qarşılanır və manatın qiymətinin ucuzlaşmasına imkan verilmir. Lakin dünya bazarında neftin qiyməti ucuzlaşarsa, hökumətin əlində olan valyuta ehtiyatları tədricən azala bilər. Əgər bu proses uzun müddət davam edərsə, ölkənin valyuta ehtiyatlarının tükənməsi riski yarana bilər. Bu isə hökumətin devalvasiyaya getməsinə səbəb ola bilər".

İqtisadçının sözlərinə görə, Azərbaycan hökuməti inzibati qaydada manatın məzənnəsini stabil saxlayır və bu prosesdə Dövlət Neft Fondundan götürülən valyutanın hərrac yolu ilə satılması mühüm rol oynayır. Lakin neftin qiymətinin azalması fonunda hökumətin əlində olan valyutanın həcmi də azala bilər:

“Hələlik Azərbaycanda dolların məzənnəsi hökumətin qərarına bağlıdır və hazırda kəskin risk müşahidə edilmir. Lakin neftin ucuzlaşması davam edərsə, bir müddət sonra manatın məzənnəsində dəyişiklik baş verə və dolların qiyməti bahalaşa bilər. Əgər neftin qiyməti 50 dollardan aşağı düşərsə, ölkəyə daxil olan valyuta daha da azalacaq. Bu isə ölkə daxilində hərraclarda dollara tələbatın artmasına səbəb ola bilər".

Qeyd edək ki, 2025-ci ilin ilk iki ayında neftin orta qiyməti 80 dollara yaxın olsa da, martda 72-73 dollar, apreldə isə 70 dollardan aşağı düşə bilər. İlin ikinci yarısında isə neftin qiymətinin 60-65 dollar diapazonunda sabitləşməsi ehtimalı var. Əgər qiymətlər bu səviyyədə qalsa, hökumətin valyuta ehtiyatlarının azalması və manatın məzənnəsi ilə bağlı yeni qərarlar qəbul etməsi qaçılmaz ola bilər.

Ruslan 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 Mart 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri