Icma.az
close
up
RU
Dolların kursu DƏYİŞİR: Manatın məzənnəsi belə olacaq

Dolların kursu DƏYİŞİR: Manatın məzənnəsi belə olacaq

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-ci ilin əvvəlindən bəri dünya bazarlarında neft qiymətləri eniş tendensiyası göstərir. May ayının əvvəlindən etibarən Brent markalı neftin qiyməti ardıcıl olaraq aşağı düşür və hazırda 66 dollar səviyyəsinə qədər geriləyib. 

Xatırladaq ki, 2025-ci ilin dövlət büdcəsi hazırlanarkən İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən neftin bir barelinin qiyməti 70 dollar səviyyəsində götürülüb və ÜDM-də 3.5 faiz artım nəzərdə tutulub. Lakin reallıqda neftin aylardır bu proqnoz qiymətinin altında satılması bir sıra suallar doğurur. Bu durum xüsusilə Azərbaycanın valyuta sabitliyi və milli pul vahidi olan manatın məzənnəsinə mümkün təsirləri baxımından narahatlıq yaradıb.

Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli News24.az-a açıqlamasında bildirib ki, manatın məzənnəsi bazar prinsiplərinə görə deyil, hökumətin qərarları və maliyyə resurslarının imkanları çərçivəsində tənzimlənir:

"2024-cü ildə neftin orta qiyməti 80 dollar civarında olub ki, bu da hökumətin gəlirlərinin sabit qalmasına şərait yaradıb. Ötən il bu sabit gəlirlər sayəsində Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarında heç bir azalma baş vermədi. Bu da göstərir ki, hökumət kursu sabit saxlamaq üçün kifayət qədər imkanlara malikdir”.

2025-ci ildə isə, baxmayaraq ki, neftin qiyməti bir qədər ucuzlaşıb və 70 dollar səviyyəsindən aşağı düşüb, iqtisadçı hesab edir ki, manatın sabitliyi üçün hələlik ciddi təhlükə yoxdur:

“Hazırda AMB-nin təxminən 11 milyard dollar valyuta ehtiyatı var. Hətta Dövlət Neft Fondundan əlavə valyuta cəlb edilməsə belə, bu ehtiyatlar manatın sabitliyini qorumağa kifayət edir. Ən azı bu ilin sonuna qədər manatın kursunun ciddi şəkildə dəyişməsi gözlənilmir.”

Akif Nəsirli əlavə edir ki, neftin qiymətində daha kəskin və uzunmüddətli azalma baş versə, məsələn, qiymət 30 dollardan aşağı düşərsə, bu zaman real təhlükə yarana bilər:

“Belə bir vəziyyətdə hökumətin valyuta gəlirləri ciddi şəkildə azalacaq və bu da həm ehtiyatlara təzyiq göstərəcək, həm də manatın sabitliyi sual altına düşə bilər.”

Aqil Qarayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://news24.az
archiveBu xəbər 29 May 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri