Dolların mövqeyinin güclənməsi və qlobal iqtisadiyyatda baş verən hadisələr devalvasiyaya səbəb ola bilər
Icma.az bildirir, Bizimyol portalına istinadən.
İqtisadçı Asif İbrahimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, devalvasiya ilə bağlı xəbərlər xüsusilə spekulyativ xarakter daşıya bilər: “Ümumiyyətlə, bir xatırlayaq görək 2015-ci ildə devalvasiya niyə baş vermişdi? Neft qiymətləri kəskin şəkildə aşağı düşmüşdü. Yəni 140 dolların üstündə idi. Birdən-birə aşağı 50 dollar civarlarına düşmüşdü. Eyni zamanda ölkəyə daxil olan xarici valyutanın azalması müşahidə olunmuşdu. Tədiyyə balansında da kəsrlərə gəlib çıxmışdı.
Bu gün devalvasiya məsələsində dolların məzənnəsi, Azərbaycan manatının dayanıqlılığının təmin edilməsi istiqamətində Mərkəzi Bank alternativ alətlərdən istifadə edir. Yəni uzun illərdir ki, dolların məzənnəsini 1 manat 70 qəpik civarında saxlamağa çalışırlar. Bunu edə bilmək üçün satışa əlavə vəsait çıxarırlar ki, manatın dollara qarşı mövqeyi zəifləməsin”.
Asif İbrahimov
Asif İbrahimov vurğulayıb ki, yaxın prioritetdə mövcud situasiyanı təhlil edərkən devalvasiya riski görünmür, çünki Mərkəzi Bankın monetar siyasətinə baxdıqda çox ehtiyatlı və düşünülmüş, riskləri öncədən hesablanmış bir siyasət həyata keçirilir, bütün meyarlar nəzərə alınır: “Məsələn, 2025-ci ilin hesabatında gördüyümüz tədiyyə balansında azalmalar var. Ancaq xarici ticarət balansı mənfi saldoya doğru getmir. Bu istiqamətdə müəyyən ehtiyatlı addımlar atılır”.
Asif İbrahimov bildirib ki, Azərbaycan Dövlət Neft Fondunun və Mərkəzi Bankın valyuta ehtiyatları ikisi bir yerdə təqribən 83 milyard dollar vəsait civarındadır.
Devalvasiya riski hansı hallarda baş verə bilər?İqtisadçı qeyd edib ki, neft qiymətlərinin kəskin şəkildə, xüsusilə 50 dollardan aşağı düşməsi və xarici ticarət balans yaranan saldo, tədiyyə balansının indiki rəqəmləri, (hazırda çox da yaxşı rəqəmlər olmasa da), dolların mövqeyinin güclənməsi, həmçinin qlobal iqtisadiyyatda baş verən hadisələr devalvasiyaya səbəb ola bilər.
“Hazırda bu deyilən proqnozlar konkret faktlara əsaslanmış spekulyativ xarakter daşıyır”-deyə Asif İbrahimov bildirib.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 30 Yanvar 2026 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















