Icma.az
close
up
RU
Qlobal iqtisadiyyatda yeni güc balansı: Dolların hegemonluğu sona çatır?

Qlobal iqtisadiyyatda yeni güc balansı: Dolların hegemonluğu sona çatır?

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünya iqtisadiyyatı yeni siyasi və ticarət reallıqları ilə üz-üzədir. ABŞ-da Donald Trampın hakimiyyətə gəlişi, onun proteksionist iqtisadi siyasəti, gömrük tariflərinin artırılması və ticarət müharibələri beynəlxalq bazarda dolların mövqeyini sual altına qoyur. Bir çox investorlar ABŞ valyutasının gələcəyinə ehtiyatla yanaşır, çünki qlobal iqtisadiyyatda yeni güc balansı formalaşır. Xüsusilə, Çin iqtisadiyyatının sürətli inkişafı və yuanın beynəlxalq bazarda güclənməsi dolların hegemoniyasına çağırış hesab edilir. Digər tərəfdən, BRİCS və bəzi digər ölkələr dedollarizasiya siyasətini aktiv şəkildə təşviq edərək ticarət əməliyyatlarında ABŞ valyutasından imtina etməyə çalışırlar. Bu tendensiya nə dərəcədə uğurlu olacaq və dolların beynəlxalq bazarda zəifləməsi reallığa çevrilə bilərmi? Əgər belə olarsa, bu prosesin Azərbaycan iqtisadiyyatına təsiri necə olacaq? Manat üçün yaranacaq risklər nədir?

Bu barədə Moderato.az-a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, hazırkı iqtisadi göstəricilər manat üçün ciddi bir təzyiqin olmadığını göstərir:

“Mərkəzi Bankın siyasəti ilin sonuna qədər manatın sabitliyini qoruyub saxlamağa yetərli görünür. Milli valyutanın məzənnəsinə təsir edən əsas amillər hazırda manatın möhkəmliyini qoruyacaq səviyyədədir. Lakin devalvasiya ehtimalı hər zaman iqtisadi qeyri-müəyyənliklər fonunda gündəmdə qalır. Alternativ ölçü vahidi yaratmaq nəzəri cəhətdən mümkündür, lakin reallıqda bu mexanizmi tətbiq etmək çətindir. BRİCS ölkələrinin öz aralarındakı ticarət dövriyyəsi hələlik dolları tam əvəzləyə biləcək səviyyədə deyil. Dedollarizasiya siyasətinin qısa və orta müddətdə real nəticə verəcəyi ehtimalı aşağıdır. Donald Trampın irəli sürdüyü əsas strategiya Amerikanın iqtisadi maraqlarını qorumaq və xarici ölkələrə iqtisadi asılılığı azaltmaqdır. ABŞ və Çin arasındakı ticarət müharibəsi sadəcə iqtisadi maraqların müdafiəsi məqsədi daşıyır və əsl müharibə deyil. Çin iqtisadiyyatının inkişafı əsasən ABŞ-ın xarici iqtisadi siyasətinin nəticəsi olaraq formalaşıb. Trampın siyasəti bu balansı dəyişdirməyə çalışır. Avropa ölkələrindən gələn məhsullara əlavə tariflər tətbiq oluna bilər ki, bu da daxili bazarın genişlənməsinə və ABŞ iqtisadiyyatının optimallaşmasına xidmət edəcək. Bu siyasət nəticəsində dolların məzənnəsi nə bahalaşa, nə də ucuzlaşa bilər, əksinə, optimal səviyyədə tənzimlənə bilər”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Fevral 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri