Icma.az
close
up
RU
Dollarla bağlı yeni qərar verildi

Dollarla bağlı yeni qərar verildi

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kim, "Federal Ehtiyatlar Sistemi" ("FED") faiz dərəcəsində 25 baza bəndi azalma olduğunu elan etdi. Federal fond dərəcəsi 4,75%-dən 4,50%-ə endirildi.  

FED uzunmüddətli dövrdə maksimum məşğulluq və 2% inflyasiya hədəfləməkdədir. Məşğulluq və inflyasiya hədəflərinə çatmaqla bağlı risklərin təxminən tarazlıqda olduğu hesab edilir. İqtisadi mənzərə qeyri-müəyyənliyini qoruyur və Komitə həm məşğulluq, həm də inflyasiya ilə bağlı risklərə diqqət yetirir.  

Bu hədəfləri dəstəkləmək üçün Komitə federal fond dərəcəsi hədəf aralığını 25 baza bəndi azaldaraq 4,50% səviyyəsinə endirmək qərarına gəlib.

Manatın dollara qarşı məzənnəsi bu tarixə kimi dəyişməyəcək

FED-in bu və gələcək üçün elan etdiyi qərarlar qlobal maliyyə bazarında ciddi təşvişə səbəb olub.  

Bəs FED-in bu qərarı nəyə hesablanıb?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, bu qərar sürpriz deyildi:

"Əsas məsələ FED başqanı Cerom Pavelin çıxışındakı sərtlikdir. Təsadüfi deyil ki, maliyyə bazarları məhz bundan çox narahat oldu. Çünki hamıda belə bir fikir var idi ki, mətbuat konfransında Cerom Pavel, 2025-ci ildə ən azı 4 faiz endiriminə gediləcəyi ilə bağlı anons verəcək. Amma, o çıxışında qeyd etdi ki, 2025-ci ildə ən yaxşı halda 2 dəfə, yəni 8 toplantı olacaq. Onun da yalnız ikisində endirimə gedilə bilər. Bu da qlobal bazarlarda belə bir fikir yaratdı ki, dolların yumşaldılması və yaxud kredit faizlərinin aşağı çəkilməsi prosesi uzanacaq".

Natiq Cəfərli deyib ki, Trampın "ucuz dollar" istədiyi ilə bağlı gözləntilər var idi:

"Ona görə də növbəti ildə FED faizləri daha tez-tez aşağı salacaq ki, dünya bazarında digər valyutalar qarşısında dolların məzənnəsi aşağı düşsün. Tramp da bunu ona görə istəyirdi ki, dolların məzənnəsinin aşağı düşməsi ABŞ iqtisadiyyatına müsbət təsir edəcək. Yəni istehsalla ixracat stimullaşacaq.

Amma bunlar gözləntilər, proqnozlar idi. Lakin bu proqnozlar özünü doğrultmadı. Bununla belə baş verənlər hələ onu deməyə əsas vermir ki, 2025-ci ildə məhz bu addımlar atılacaq. Ola bilsin ki, növbəti ildə FED 2,3 və hətta 4 dəfə faiz endiriminə getsin. Təbii ki, bütün bunlar qlobal trendlərə bağlı məsələdir".

Bəs, baş verənlər Azərbaycan manatına necə təsir edəcək?

Müsahibimiz bildirib ki, Azərbaycanda manatın məzənnəsi inzibati qaydada tənzimlənir:

"Bu mənada hazırda dünyada baş verən proseslər manatın məzənnəsinə təsirsizdir. Gələn il manatla bağlı inzibati qaydada hansı qərarlar olacaqsa, biz də onu izləyəcəyik. Bununla yanaşı manatın məzənnəsinin yaxın 6-8 ayda dəyişməsi gözlənilmir. Amma 2025-ci ilin sonlarına yaxın neftin qiymətində kəskin ucuzlaşma baş verərsə və yaxud dollarla bağlı dünyada hansısa dalğalanma olarsa, bu zaman  Mərkəzi Bank və Azərbaycan hökuməti manatın məzənnəsi ilə bağlı müvafiq qərar qəbul edə bilər".

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Dekabr 2024 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri