Icma.az
close
up
RU
Dollarla bağlı YENİ QƏRAR Manat UCUZLAŞACAQ?

Dollarla bağlı YENİ QƏRAR Manat UCUZLAŞACAQ?

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kim, "Federal Ehtiyatlar Sistemi" ("FED") faiz dərəcəsində 25 baza bəndi azalma olduğunu elan etdi. Federal fond dərəcəsi 4,75%-dən 4,50%-ə endirildi.  
FED uzunmüddətli dövrdə maksimum məşğulluq və 2% inflyasiya hədəfləməkdədir. Məşğulluq və inflyasiya hədəflərinə çatmaqla bağlı risklərin təxminən tarazlıqda olduğu hesab edilir. İqtisadi mənzərə qeyri-müəyyənliyini qoruyur və Komitə həm məşğulluq, həm də inflyasiya ilə bağlı risklərə diqqət yetirir.  
Bu hədəfləri dəstəkləmək üçün Komitə federal fond dərəcəsi hədəf aralığını 25 baza bəndi azaldaraq 4,50% səviyyəsinə endirmək qərarına gəlib.
 

MÖVZU İLƏ BAĞLI:
Manatın dollara qarşı məzənnəsi bu tarixə kimi dəyişməyəcək


FED-in bu və gələcək üçün elan etdiyi qərarlar qlobal maliyyə bazarında ciddi təşvişə səbəb olub.  
Bəs FED-in bu qərarı nəyə hesablanıb?
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, bu qərar sürpriz deyildi:
“Əsas məsələ FED başqanı Cerom Pavelin çıxışındakı sərtlikdir. Təsadüfi deyil ki, maliyyə bazarları məhz bundan çox narahat oldu. Çünki hamıda belə bir fikir var idi ki, mətbuat konfransında Cerom Pavel, 2025-ci ildə ən azı 4 faiz endiriminə gediləcəyi ilə bağlı anons verəcək. Amma, o çıxışında qeyd etdi ki, 2025-ci ildə ən yaxşı halda 2 dəfə, yəni 8 toplantı olacaq. Onun da yalnız ikisində endirimə gedilə bilər. Bu da qlobal bazarlarda belə bir fikir yaratdı ki, dolların yumşaldılması və yaxud kredit faizlərinin aşağı çəkilməsi prosesi uzanacaq”.
Natiq Cəfərli deyib ki, Trampın “ucuz dollar” istədiyi ilə bağlı gözləntilər var idi:
“Ona görə də növbəti ildə FED faizləri daha tez-tez aşağı salacaq ki, dünya bazarında digər valyutalar qarşısında dolların məzənnəsi aşağı düşsün. Tramp da bunu ona görə istəyirdi ki, dolların məzənnəsinin aşağı düşməsi ABŞ iqtisadiyyatına müsbət təsir edəcək. Yəni istehsalla ixracat stimullaşacaq.
Amma bunlar gözləntilər, proqnozlar idi. Lakin bu proqnozlar özünü doğrultmadı. Bununla belə baş verənlər hələ onu deməyə əsas vermir ki, 2025-ci ildə məhz bu addımlar atılacaq. Ola bilsin ki, növbəti ildə FED 2,3 və hətta 4 dəfə faiz endiriminə getsin. Təbii ki, bütün bunlar qlobal trendlərə bağlı məsələdir”.
Bəs, baş verənlər Azərbaycan manatına necə təsir edəcək?
Müsahibimiz bildirib ki, Azərbaycanda manatın məzənnəsi inzibati qaydada tənzimlənir:
“Bu mənada hazırda dünyada baş verən proseslər manatın məzənnəsinə təsirsizdir. Gələn il manatla bağlı inzibati qaydada hansı qərarlar olacaqsa, biz də onu izləyəcəyik. Bununla yanaşı manatın məzənnəsinin yaxın 6-8 ayda dəyişməsi gözlənilmir. Amma 2025-ci ilin sonlarına yaxın neftin qiymətində kəskin ucuzlaşma baş verərsə və yaxud dollarla bağlı dünyada hansısa dalğalanma olarsa, bu zaman  Mərkəzi Bank və Azərbaycan hökuməti manatın məzənnəsi ilə bağlı müvafiq qərar qəbul edə bilər”.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Dekabr 2024 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri