Dolunay var bu gecə Lətifədən fərqli iş
Icma.az, Axsham.az saytına istinadən bildirir.
Müğənni Lətifə uzun müddətdir üzərində çalışdığı "Dolunay" adlı yeni mahnısını və ona çəkdirdiyi klipini təqdim edib.
Axşam.az xəbər verir ki, bəstənin müəllifi və aranjimançısı Güneledir. Ekran işinin ssenarisini Lətifə özü yazıb.
Beynəlxalq komandanın iştirakı ilə hazırlanan işdə Türkiyə və Amerikadan olan mütəxəssislər çalışıb. Videonun rejissorları İlona və Volian, eləcə də peşəkar stilist və kostyum dizaynerləri bir araya gələrək kino üslubunda, xüsusi effektlərlə zəngin bir atmosfer yaradıblar.
Yeni işindən danışan Lətifə klipin ərsəyə gəlməsindən və mahnının mənasından bəhs edib:
"Dolunay" sadəcə bir mahnı deyil - bu, insanın daxili dünyasına baxışdır. Tam ay zamanı insanın həm işıqlı, həm də qaranlıq tərəfləri üzə çıxa bilər: həssaslıq da, aqressiya da, dəyişmək istəyi də. Keçmişin kölgələri və duyğuların ən dərin qatları məhz bu anda daha aydın hiss olunur.
Müasir dövrdə münasibətlər diqqət və hisslər uğrunda bəzən rəqabətə çevrilir. Amma bu hekayə xatırladır: ən vacibi öz dəyərini qorumaq və kimliyini itirməməkdir.
"Dolunay" hiss etmək, dəyişmək və özünü yenidən kəşf etmək haqqında bir hekayədir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 21 Aprel 2026 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















