Icma.az
close
up
RU
Donald Gerye: Karyeramı Azərbaycanda başa vurmaq istəyirəm

Donald Gerye: Karyeramı Azərbaycanda başa vurmaq istəyirəm

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Azərbaycanda uzun illər legioner həyatı yaşayan, vaxtilə “Qarabağ”, “Neftçi”, “Zirə” klublarında çıxış edən Haiti millisinin sabiq kapitanı Donald Gerye apasport.az saytına müsahibə verib.

Hazırda Almaniya VI liqasında çıxış edən “Kosmos”un üzvü olan Gerye bu ay ölkəmizdə baş tutacaq Azərbaycan – Haiti matçı barədə danışıb.

- Azərbaycan və Haiti yığmaları arasında yoxlama görüşünün keçirilməsi yəqin ki, ən çox sənin üçün maraqlıdır?
- Təbii ki, çox maraqlıdır. Mən də bu haqda dünən xəbər tutdum. Açığı, öncə əsas millilərin qarşılaşacağını bilmirdim. Düşünürdüm ki, aşağı yaş qrupların yığmalarıdır. Amma əsas millilərin qarşılaşacağını biləndə sevindim. Mənim üçün maraqlıdır. 

- Necə düşünürsən, bu görüşdə favorit tərəf hansıdır?
- Maraqlı, gərgin oyun olacaq. Yoxlama matçı olsa da, hər halda, asan olmayacaq. Fikrimcə, favorit Haiti millisidir. 

- Görüş Azərbaycanda keçiriləcək...
- Azərbaycan yığması da yaxşı komandadır. Heyətində yaxşı futbolçular oynayır. Amma fikrimcə, bu görüşün favoriti Haiti millisidir.

- Sənin bu görüşdə oynamaq ehtimalın var? Yəqin ki, bu matçda iştirak etmək istəyərdin?
- Bilmirəm. Bu haqda eşitməmişəm. Nəsə olsaydı, eşidərdim. Düzünü deyim, mən artıq məşqçi kimi işləməyə hazırlaşıram. Təbii ki,  bu görüşdə oynamaq mənim üçün də maraqlı olardı.

- Oynamasan belə, yəqin görüşü izləyəcəksən?
- Təbii ki. Matç mənim üçün maraqlıdır. Oyunu izləyəcəm. 

- Bəs, Azərbaycan millisi Haiti yığması üçün təhlükəli sayılmamalıdır?
- Hələ tam heyətlər açıqlanmadığı üçün heç nə deyə bilmərəm. Sadəcə dəqiq bildiyim odur ki, yaxşı oyun olacaq. Azərbaycan da yaxşı komandadır. Görüşün favoriti isə yəqin ki, Haiti millisidir. Oyunu canlı olaraq TV-dən izləyəcəm. Özüm üçün də maraqlı görüşdür.

- Son vaxtlarda Azərbaycandan təklif almısan?
- Xeyr. Azərbaycan daim geri qayıtmağı xəyal etmək istədiyim ölkədir. Düzü, karyeramı Azərbaycanda başa vurmaq istəyirəm. Orada az müddət keçirməmişəm. Hər halda, gələcək hər şeyi göstərəcək.

Qeyd edək ki, Gerye 2017-19-cu illərdə "Qarabağ"ın şərəfini qoruyub. O, komanda ilə Çempionlar Liqasının qrup mərhələsində iştirak edib. 2019-20 mövsümünü "Neftçi"də keçirən Donald yenidən "Qarabağ"a qayıdıb və daha bir sezon burda oynayıb. 2 ildən sonra Azərbaycana dönən Gerye 6 ay "Zirə"nin şərəfini qoruyub.

“Neftçi”dən kritik xal itkisi - YENİLƏNİB “Turan Tovuz” “Neftçi”nin futbolçusunu hədəfləyir - EKSKLÜZİV "Neftçi"nin tarixində ilk: Emin 200-cü oyuna çıxıb "Araz-Naxçıvan"ın futbolçusu milliyə çağırılıb İşıqlı gələcək üçün yenidən elitaya - "Mingəçevir"in Premyer Liqa şansları
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://apasport.az
archiveBu xəbər 06 Mart 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri