Icma.az
close
up
RU
Donald Gerye: Haitinin udacağını sizə demişdim

Donald Gerye: Haitinin udacağını sizə demişdim

Icma.az, Apasport portalına istinadən məlumat verir.

Haiti millisinin sabiq kapitanı, “Qarabağ”, “Neftçi” və “Zirə”nin keçmiş müdafiəçisi, hazırda Almaniyada “Kosmos” klubunda oynayan Donald Gerye apasport.az saytına müsahibə verib.

- Haiti millisi Azərbaycana qalib gəldi. Həmin görüşdəki nəticəni sürpriz hesab edirsən?
- Xeyr, nəticə mənim üçün sürpriz olmadı. Bu cür olacağını gözləyirdim. Çünki Haiti millisinin gücünə bələd idim. Bu komandada oynayan futbolçuların keyfiyyətini, səviyyəsini bilirdim. Haiti yığmasında yaxşı oyunçular oynayır. Bu millidə oynayan hər bir futbolçu daim sona qədər mübarizə aparıb, sona qədər vuruşur. Çünki milli ölkəmiz üçün çox önəmlidir. Haitinin qalib gələcəyini sizə demişdim. Bunu Haiti millisinə inanaraq demişdim.

- Matçdan əvvəl “Qarabağ”dan tanıdığın Bədavi Hüseynov və ya Şahruddin Məhəmmədəliyevlə danışmışdım?
- Xeyr, bu futbolçularla danışmamışdım. Amma Haiti millisinin üzvləri ilə danışmışdım. Oradakılar dostumdur. Xüsusən də, Frantzi Pyerro ilə danışdım. Asan olmayacağını bildirmişdilər. Lakin qalib gəlməyi bacardılar. Pyerro da iki qol vurdu. Maraqlı görüş alındı. 

- Azərbaycan millisinin bu qədər zəif oyun göstərəcəyini düşünürdün?
- Azərbaycan millisinin pis komanda olduğunu deyə bilmərəm. Çünki onların səviyyəli, yaxşı futbolçuları var. Mahir Emreli, Coşqun Diniyev, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Toral Bayramov kimi oyunçulara sahibdirlər. Bu cür səviyyəli futbolçuların sayı çoxdur. Amma futboldur da, bəzən qalib gəlirsən, bəzən uduzursan. İstədiklərini daim yerinə yetirməyin alınmır. Lakin istənilən halda, oyuna fokuslanmalısan. Haiti Azərbaycanı 3:0 məğlub edibsə, demərəm ki, onlar Azərbaycan yığmasından çox yaxşıdır. Sadəcə mən Haiti millisində səviyyəli oyunçuların çox olduğunu bilirəm. Haitinin bu görüşdə qalib gələcəyini düşünürdüm. Çünki millidə oynayanda, bunun necə hiss olduğunu bilirəm. Fərqi yoxdur kiminlə oynayırsan. Millidə daim mübarizə aparıb, vuruşursan. Haiti millisinin üzvlərinin mentalitetində bu var. Futbol xarakter oyunudur. Bunu Qurban Qurbanovdan öyrənmişəm. Futbol oynayırsansa, xarakterin olmalıdır. İstedadın ola bilər, amma xarakterin yoxdursa, istədiyini edə bilməzsən.

- Səncə, yenidən belə şans düşsə, bu komandaların oyununda hansı nəticə ola bilər?
- Düzü, Azərbaycan Haitiyə qarşı pis oynamadı. Amma dediyim kimi, bəzən istədiklərin alınmır. FİFA reytinqində də Haiti və Azərbaycan fərqli mövqelərdədir. Bu da doğrudur. Haiti millisinin üzvləri yaxşı yerlərdə oynayırlar. Bunun da təbii ki, təsiri var. FİFA reytinqində Haiti Azərbaycandan üst pillədədir. Bu da reallıqdır. Azərbaycana qarşıdakı görüşlərdə uğurlar arzulayıram. Ümidvaram ki, hər şey onlar üçün yaxşı və uğurlu alınar.
 

U-21 Türkiyədə ikinci yoxlama görüşünü keçirəcək - YENİLƏNİR Şahruddin millinin heyətindən çıxarıldı Azərbaycan millisi Belarus yığması ilə üz-üzə - YENİLƏNİR A millinin üzvləri uşaq evində “Neftçi” - “Araz-Naxçıvan” matçının biletləri satışda
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://apasport.az
archiveBu xəbər 25 Mart 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see453

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see364

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see361

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see356

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see333

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see330

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see320

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see317

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see316

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see312

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see300

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see290

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see285

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see275

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see272

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see263

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see262

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see257

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see255

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see245
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri