Icma.az
close
up
RU
Donald Tramp bu gün Misirdə keçiriləcək İsrail HƏMAS danışıqları ilə bağlı bəyanat verib

Donald Tramp bu gün Misirdə keçiriləcək İsrail HƏMAS danışıqları ilə bağlı bəyanat verib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 6 oktyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qəzzada atəşkəs təklifi ilə bağlı HƏMAS ilə aparılan danışıqlar Misirdə oktyabrın 6-da keçiriləcək kritik görüş ərəfəsində sürətlə davam edir.

AZƏRTAC ABC telekanalının saytına istinadla xəbər verir ki, Tramp “Truth” sosial platformasında yazıb: “HƏMAS ilə bu həftə sonu girovları azad etmək, Qəzzada müharibəyə son qoymaq üçün çox müsbət müzakirələr aparıldı, lakin ən əsası, nəhayət, tərəflər Yaxın Şərqdə sülhə nail olmaq istədilər. Bu danışıqlar çox uğurlu olub və sürətlə davam edir. Texniki qruplar bazar ertəsi Misirdə yenidən bir araya gələrək yekun detalları dəqiqləşdirmək üçün görüşəcəklər. Mənə deyirlər ki, birinci mərhələ bu həftə başa çatmalıdır və hamıdan bu prosesdə sürətli hərəkət etməyi xahiş edirəm”.

ABŞ Prezidenti vəziyyəti izləməyə davam edəcəyini bildirib və vurğulayıb ki, “vaxtdan səmərəli istifadə olunmalıdır, yoxsa bunun ardınca kütləvi qan töküləcək”.

HƏMAS bazar günü səhər saatlarında Fələstin qrupunun mühacirətdə olan Qəzza rəhbəri Xəlil əl-Həyyanın başçılıq etdiyi nümayəndə heyətinin “atəşkəs mexanizmləri, İsrail qüvvələrinin çıxarılması və əsir mübadiləsi üzrə danışıqlara başlamaq üçün” Misirə gəldiyini açıqlayıb. O, səfərin müddəti və gündəliyin təfərrüatlarını dəqiqləşdirməyib.

İsrail daha əvvəl bildirmişdi ki, bir danışıq qrupu Trampın Qəzza planı çərçivəsində HƏMAS ilə dolayı yolla məhbus mübadiləsi danışıqları aparmaq üçün bazar ertəsi Misirin Qırmızı dənizdəki kurort şəhəri Şarm əl-Şeyxə yola düşəcək.

Sentyabrın 29-da Tramp fələstinli məhbuslar müqabilində bütün israilli girovların azad edilməsi, atəşkəs, HƏMAS-ın tərk-silah olunması və Qəzzanın yenidən qurulmasını əhatə edən 20 bəndlik planı açıqlayıb.

HƏMAS bu planla prinsipcə razılaşıb və növbəti addımlar üçün danışıqlar Misirdə aparılmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri