“Donald Trampın siyasəti “milli maraqların prioritetliyi” prinsipi üzərində qurulub“ ŞƏRH OLUNDU
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“ABŞ-ın 47-ci prezidenti Donald Trampın xarici siyasət konsepsiyası “milli maraqların prioritetliyi” prinsipi üzərində qurulmuşdur. Bu yanaşma ABŞ-ın əvvəlki dövrlərdə üzv olduğu bir sıra beynəlxalq təşkilat və konvensiyalardan çıxmaq qərarları ilə müşayiət olunmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırov bildirib.
Onun sözlərinə görə, Tramp administrasiyası beynəlxalq öhdəliklərin ABŞ-ın iqtisadi, siyasi və təhlükəsizlik maraqlarına uyğun gəlmədiyi qənaətinə gələrək, çoxtərəfli mexanizmlərdən uzaqlaşma xəttini seçmişdir:
“Bu kontekstdə ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından, Paris İqlim Sazişindən və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları ilə bağlı əsas konvensiyalarından çıxması xüsusi əhəmiyyət kəsb edir. Ümumilikdə, ABŞ-ın tərk etdiyi 66 beynəlxalq müqavilənin 31-i birbaşa BMT çərçivəsində qəbul olunmuş sənədlərdir. Bu fakt Vaşinqtonun qlobal idarəetmə institutlarına münasibətdə köklü mövqe dəyişikliyindən xəbər verir.
Maliyyə aspekti də bu siyasətdə mühüm rol oynayır. BMT-nin illik büdcəsi təxminən 300–400 milyard dollar civarında qiymətləndirilir və bunun əsas yükünü uzun illər ABŞ öz üzərinə götürmüşdür. ABŞ hər il təqribən 225 milyon dollar həcmində ödəniş həyata keçirirdi. Lakin 2025-ci il üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində ABŞ-ın BMT qarşısında 500 milyon dollara yaxın borcu formalaşmış və Tramp administrasiyası bu borcu ödəmək niyyətində olmadığını açıq şəkildə bəyan etmişdir.
Eyni zamanda, ABŞ-ın gender bərabərliyi ilə bağlı beynəlxalq konvensiyalardan çıxmaq istiqamətində qərar verməsi də diqqət çəkir. Bu addım ABŞ-ın insan hüquqları və sosial məsələlərdə beynəlxalq normativ çərçivələrdən uzaqlaşmasının göstəricisi kimi qiymətləndirilir. Tramp administrasiyası bu sahələrdə daxili hüquqi mexanizmlərin beynəlxalq öhdəliklərdən üstün tutulmasını əsaslandırıcı arqument kimi irəli sürür.
Trampın təhlükəsizlik siyasətində NATO məsələsi də xüsusi yer tutur. ABŞ uzun müddət alyansın əsas maliyyə dayağı olmuşdur. Trampın prezidentliyindən sonra Avroatlantik məkana daxil olan dövlətlərə müdafiə xərclərinin ÜDM-in 2,5 faizindən 5 faizinədək artırılması təklifi irəli sürülmüş və bu təklif NATO üzvü olan bir sıra ölkələr tərəfindən qəbul edilmişdir. Nəticədə Avropa dövlətləri öz hərbi sənayelərini gücləndirmək istiqamətində konkret addımlar atmağa başlamışdır.
Trampın xarici siyasət strategiyasında ABŞ-ın NATO-dan çıxması ehtimalı da prioritet təhlükəsizlik məsələlərindən biri kimi gündəmdədir. ABŞ administrasiyası Avropa dövlətlərinin təhlükəsizliyini təmin etmə öhdəliyini daşımağın Vaşinqtonun milli maraqlarına uyğun olmadığını vurğulayır. Digər tərəfdən, ABŞ-ın Qrenlandiya üzərində nəzarət əldə etmək niyyəti də strateji müzakirə predmetidir. Tarixən iki dəfə , XIX əsrdə və 1946-cı ildə bu istiqamətdə təkliflər səsləndirilmişdir. Qrenlandiyanın ABŞ-ın təhlükəsizlik layihələrinə, xüsusilə “qızıl qalxan” konsepsiyasına daxil edilməsi NATO-nun gələcək taleyini sual altına qoya bilər. Çünki Qrenlandiya NATO-nun bir hissəsi hesab olunur və bu ssenari alyansın dağılması ehtimalını real hala gətirir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 16 Yanvar 2026 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















