Icma.az
close
up
RU
Azərbaycanın enerji siyasəti milli maraqlar üzərində qurulub Mehriban Vəliyeva

Azərbaycanın enerji siyasəti milli maraqlar üzərində qurulub Mehriban Vəliyeva

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Aprelin 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası Azərbaycanın enerji siyasətində mühüm hadisədir. Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər. Toplantı açılış sessiyasından sonra işini nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam etdirib. Bu kimi tədbirlər Azərbaycanın həm ənənəvi, həm də yaşıl enerjinin beynəlxalq bazarlara çıxarılmasında oynadığı rolun vacibliyindən xəbər verir. Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verən Cənub Qaz Dəhlizinin yalnız iqtisadi deyil, həmçinin ciddi siyasi əhəmiyyətə malikdir. Bakıda keçirilən toplantı Azərbaycanın enerji diplomatiyasının çevikliyindən və ardıcıllığından xəbər verir. Azərbaycanın enerji siyasəti milli maraqlar üzərində qurulub”. 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, Avropanın enerji suverenliyi, Rusiya-Ukrayna müharibəsi fonunda, son illər daha da aktuallaşıb. “Köhnə qitə” enerji mənbələrinə çıxış imkanlarını genişləndirir. Azərbaycan qazının Avropa istehlakçısına çatdırılması da bu strategiyanın tərkib hissəsidir. Nə üçün Avropa Azərbaycanla enerji sahəsində əməkdaşlığa üstünlük verir? Bu gün dünyada müxtəlif ölkələr böyük həcmdə karbohidrogen ehtiyyatları ixrac edir. Avropa dövlətləri bir çox ölkələrdən, o cümlədən Azərbaycandan enerji resursları alırlar. Çünki Azərbaycan Avropa üçün sərfəli və etibarlı tərəfdaşdır. Onlar ölkəmizə böyük önəm verirlər. Cənab Prezident İlham Əliyevin də iclasda qeyd etdiyi kimi, bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Bura sənaye təhlükəsizliyini də əlavə etmək olar. Sənayeni inkişaf etdirmək üçün enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır.

Azərbaycan isə bu məhsulların istehsalçısı və ixracatçısıdır. Deməli, Azərbaycan Avropanın həm enerji, həm də milli təhlükəsizliyində önəmli rol oynaya bilər. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır ki, onlardan 10-u Avropa ölkəsidir. Azərbaycan Avropada qaz təchizatı coğrafiyasını genişləndirəcək. Faktiki olaraq bu gün biz bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında iştirak edirik. Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi olan Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP tam işlək gücündədir. 3500 kilometrlik boru kəmərləri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. Bu kəmərlərin genişləndirilməsinə ehtiyac var. Bunun üçün xarici investorlar maliyyə yatırmalıdır. Təəssüf ki,  beynəlxalq maliyyə qurumları faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırıblar və onlar öz siyasətlərini dəyişməlidirlər. Ölkə başçısı çıxışında bildirdi ki, Azərbaycanın bu günə qədər Cənub Qaz Dəhlizinə qoyduğu sərmayə hələ qayıtmayıb. Sərmayənin qayıtması üçün Avropa dövlətləri Azərbaycandan daha çox qaz almalıdırlar. Bizim bunun üçün güclü potensialımız var. Bu il  “Azəri-Çıraq-Günəşli” Dərin Qaz Strukturunda yeni hasilatın başlaması proqnozlaşdırılır. “Abşeron” yatağında da hasilatın artırılmasına dair razılaşmanın son mərhələsindəyik. Hazırkı 1,5 milyard kubmetrə minimum 3 milyard kubmetr əlavə olunacaq. Avropa dövlətləri də öz növbələrində etibarlı tərəfdaş olduqlarını sübut etməlidirlər. Onlar Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün hərəkətə keçməlidirlər”.

M.Vəliyeva onu da bildirdi ki, Avropa Azərbaycanın energetika sahəsində strateji tərəfdaşıdır: “Azərbaycan ilə Avropa Komissiyası arasında energetika sahəsində strateji tərəfdaşlıq memorandumundan sonra Avropaya qaz təchizatımız təxminən 60 faiz artıb. Avropaya qaz təchizatımız 2021-ci ildə təxminən 8 milyard kubmetr idisə, 2024-cü ildə bu göstərici 13 milyard kubmetr olub. Gələcəkdə Avropaya daha çox mavi yanacaq ixrac etmək imkanımız olacaq. Azərbaycan eyni zamanda bərpa olunan enerjiyə də böyük sərmayələr qoyur. Günəş və Külək Enerji stansiyaları 2030-cu ilə qədər 6 giqavat enerjisi istehsal edəcək. İşğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində də artıq 270 meqavatlıq su elektrik stansiyaları qurulub. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib. 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq. Növbəti beş ildə bərpaolunan mənbələrdən enerji istehsalı potensialımızı iki dəfə artacaq”. 

Sonda millət vəkili qeyd etdi ki, 2015-ci ilin fevral ayından etibarən keçirilən  Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı həm Azərbaycana özünün enerji potensialını  dünyaya təqdim etmək, həm də iştirakçı dövlətlərin rəsmilərinə ikitərəfli müzakirə aparmaq imkanları qazandırır: “Düşünürəm ki, Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasıda öz mesajını xüsusilə də, Avropa dövlətlərinə çatdıra bildi. Bu cür toplantılar Azərbaycanın dünyada artan iqtisadi və siyasi nüfuzundan xəbər verir. Bakıda keçirilən beynəlxalq konfranslar təkcə ölkəmiz üçün deyil, bütün dünya dövlətləri, xalqlar üçün ciddi əhəmiyyət kəsb edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Aprel 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see240

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see239

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see191

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see148

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see147

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see137

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see131

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri