Icma.az
close
up
RU
Dondurma və yoqurtdakı bu əlavə diabetə səbəb olur

Dondurma və yoqurtdakı bu əlavə diabetə səbəb olur

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Onu yoqurtlarda, dondurmalarda, bitki mənşəli içkilərdə və bir çox "fit" kateqoriyalı məhsullarda görmək mümkündür. Alimlər xəbərdarlıq edirlər ki, E407 kodu ilə tanınan məşhur qida əlavəsi bağırsaqların fəaliyyətini poza və metabolik problemlərin riskini artıra bilər.
Demokrat.az
xəbər verir ki, "Rynekzdrowia"nın yazdığına görə, desertlərdə, süd məhsullarında və bitki əsaslı içkilərdə geniş istifadə olunan karagenan (E407) sağlamlıq üçün təhlükəli nəticələr doğura bilər. Son tədqiqatlar bu maddənin iltihabi proseslər və 2-ci tip diabetlə mümkün əlaqəsinə də işarə edir.
Araşdırmalar göstərir ki, karagenan bağırsaqların xroniki iltihabi xəstəliklərinin, xoraların inkişafına və qanda şəkərin səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.
Karagenanın (E407) narahatedici təsiri
Alimlər karagenanın insanın həzm sisteminə və karbohidrat mübadiləsinə təsirini araşdırıblar. Tədqiqat nəticəsində müəyyən edilib ki, bu maddə nazik bağırsağın keçiriciliyini artırır. Bu isə ehtimal ki, iltihabın yaranması və sonrakı sağlamlıq problemləri ilə əlaqədardır.
Karagenan qida sənayesində emulqator və qatılaşdırıcı kimi geniş istifadə olunur. Ən çox aşağıdakı məhsullara əlavə edilir:
* Hazır süd desertləri
* Dondurma
* Yoqurt və əridilmiş pendirlər
* Bitki mənşəli süd məhsulları
* Kolbasa və ət məhsulları
* “Light” kateqoriyalı məhsullar
* Hazır şorbalar və souslar
* Şokoladlı və meyvəli içkilər
* Jelatinli konfetlər və digər şirniyyatlar
Bir müddətdir ki, karagenanın həzm sisteminə mənfi təsiri ilə bağlı ehtimallar irəli sürülürdü. İndi isə bu məsələ Almaniya Diabet Araşdırmaları Mərkəzinin (DZD) professorları Robert Vaqner və Norbert Ştefanın rəhbərlik etdiyi alimlər qrupu tərəfindən araşdırılıb.
Tədqiqat çərçivəsində bədən kütlə indeksi 30-dan aşağı olan sağlam gənc kişilər iki qrupa bölünüb. Bir qrupa ABŞ sakinlərinin gündəlik orta istehlak səviyyəsinin 2–3 qatına bərabər miqdarda karagenan, digər qrupa isə plasebo verilib. Hər iki qrup iki həftə ərzində müşahidə olunub.
Nəticələr nazik bağırsağın keçiriciliyinin artdığını göstərib ki, bu da bağırsaq iltihabının nəticəsi hesab olunur.
“Tədqiqatımız göstərir ki, heyvanlar üzərində aparılan eksperimentlərdə olduğu kimi, karagenan bağırsaq baryerinin funksiyasını poza bilər. Bu isə uzunmüddətli perspektivdə sağlamlığa təsir göstərə və iltihabi xəstəliklərin riskini artıra bilər”, deyə professor Vaqner bildirib.
Məlumatlar həmçinin göstərib ki, karagenanla zəngin qidalanma insulinə həssaslığı azalda bilər. Bu vəziyyət isə çox vaxt 2-ci tip diabetin inkişafına gətirib çıxarır. Qeyd olunur ki, bu təsir əsasən artıq çəkili iştirakçılarda müşahidə edilib.
Artıq çəkili kişilərdə karagenan qanda iltihab göstəricilərinin yüksəlməsinə, həmçinin şəkər mübadiləsi və iştahanın tənzimlənməsinə cavabdeh olan hipotalamus nahiyəsində iltihab əlamətlərinin yaranmasına səbəb olub.
“Tədqiqatımız göstərir ki, gənc və sağlam insanlarda karagenanın metabolik təsirləri hələ tam üzə çıxmaya bilər. Lakin artıq çəkili və yaşlı insanlarda bu təsirlər daha aydın görünür. Bunun təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac var”, deyə "BMC Medicine" jurnalında dərc olunan məqalənin həmmüəllifi professor Ştefan bildirib.
Onun sözlərinə görə, karagenanın qida məhsullarında bu qədər geniş yayılması nəzərə alınarsa, onun potensial mənfi təsirləri ciddi qəbul edilməlidir.
“Qida əlavələrinin orqanizmimizə necə təsir etdiyini daha yaxşı başa düşməliyik. Yalnız bu halda cəmiyyət üçün əsaslandırılmış tövsiyələr hazırlamaq mümkün olacaq”, deyə alim vurğulayıb.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 İyun 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri