Icma.az
close
up
RU
Dondurmanı buzluğa qoyanda üstündə niyə buz kristalları yaranır?

Dondurmanı buzluğa qoyanda üstündə niyə buz kristalları yaranır?

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yay axşamı dondurma qutusunu buzluqdan çıxarıb qapağını açdıqda, bəzən üzərində nazik bir buz təbəqəsi olduğunu görürük. Qaşıq çətinliklə daxil olur və ilk tikə damağımıza dəyəndə o yumşaq, kremli dadı deyil, sanki qumlu və buzlu bir hiss verir. Bəs bu dondurma xarab olubmu?

Milli.Az xəbər verir ki, fondurma sadəcə donmuş südlü desert deyil; su, süd yağı, şəkər, zülallar və hava qabarcıqlarından ibarət çox həssas bir qarışıqdır. Yaxşı dondurmanın ağızda o pürüzsüz və yumşaq hiss verməsinin sirri, içindəki buz kristallarının çox kiçik olmasıdır. Kristallər kiçik olanda dilimiz onları ayrı-ayrı buz parçası kimi hiss etmir.

Problem kristallar böyüdükdə yaranır
Dondurma marketdən evə gələnə qədər bir az əriyirsə, servis edərkən stolun üstündə uzun müddət qalırsa və ya buzluğun temperaturu tez-tez dəyişirsə, dondurmanın içindəki kristallar əriyir. Yenidən donduqda isə bu su əvvəlki kiçik quruluşuna qayıtmir; əksinə, böyük kristallar ətrafında birləşir. Qida elmində buna "buz rekristallizasiyası" deyilir. Ağızdakı o qumlu, qırt-qırt edən hissin səbəbi budur.

Qutunun üstündəki o ağ təbəqə nədəndir?
Dondurma yeyildikcə qutunun içində boşluq yaranır. Qapağı hər dəfə açdıqda içəriyə daha isti və rütubətli mətbəx havası daxil olur. Qutu yenidən buzluğa qayıdanda bu rütubət səthdə buz kristalı kimi yığılır. Buna görə də yarım qalmış dondurmaların üzərində qar kimi bir təbəqə görürük.

Bunu necə azaltmaq olar?

Servis edərkən dondurmanı stolun üstündə uzun müddət saxlamayın, porsiyanı götürüb dərhal buzluğa geri qoyun.

Dondurmanı buzluğun qapısına deyil, temperaturun daha sabit qaldığı iç hissələrə qoyun.

Qapağı möhkəm bağlayın. Hətta dondurmanın səthinə dəyəcək şəkildə bir parça yağlı kağız və ya streç film qoymaq hava təmasını azaldar və buzlanmanı yavaşladar.

Ərimiş dondurmanı təkrar dondurmayın: Dondurma tamamilə əriyib, sonra təkrar donduqda teksturası tamamilə pozulur və həm də təhlükəsizlik baxımından məsləhətli deyil.

Buz kristalları görmək dondurmanın mütləq "zəhərli" olduğu anlamına gəlmir, lakin bu, onun keyfiyyətinin və ağızdadakı o ləzzətli teksturasının pozulduğunu göstərir. Pis iy, qəribə rəng və ya qutuda şişmə kimi əlamətlər yoxdursa, dondurma hələ də yeyilə bilər. Lakin əsl dadı almaq üçün onu sabit temperaturda saxlamaq ən yaxşı üsuldur.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 İyun 2026 06:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri