Icma.az
close
up
RU
Dongfang Azərişığ ın işləri ilə tanış oldu Foto

Dongfang Azərişığ ın işləri ilə tanış oldu Foto

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çinin “Dongfang Electronics Corporation” şirkətinin nümayəndləri “Azərişıq” ASC-nin Qarabağda gördüyü işlərlə tanış olub

Axar.az xəbər verir ki, “Azərişıq” ASC ilə əməkdaşlıq çərçivəsində Azərbaycana səfər edən Çinin “Dongfang Electronics Corporation” şirkətinin rəhbər heyəti 16-17 yanvar tarixlərində Füzuli, Hadrut və Şuşada görülən yenidənqurma, bərpa işləri ilə tanış olmaq üçün Qarabağa səfər ediblər. Korporasiyanın Baş Direktor müavini Şitan Cao, Mərkəzi Asiya filialının direktoru Vei Liu, Baş menecerin məsləhətçisi Dmitri Jarovski və digər rəsmi şəxslərdən ibarət 9 nəfərlik heyət səfərin ilk günündə Füzuli Rəqəmsal İdarəetmə Mərkəzi və Hadrut Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə gediblər. “Azərişıq” əməkdaşları qonaqları mərkəzlərlə tanış edib, tətbiq olunan innovativ yeniliklər, SCADA sistemi və yarımstansiyanın iş prinsipləri barədə məlumat veriblər. Yanvarın 17-də qonaqlar Şuşa şəhərinə səfər edərək Şuşa Elektrik Şəbəkə Rəqəmsal İdarəetmə Mərkəzində olublar. “Dongfang Electronics Corporation”-nın baş direktor müavini Şitan Cao Azərbaycan dövləti tərəfindən Qarabağda qısa zaman ərzində həm elektrik təsərrüfatı, həm də infrastrukturun yüksək səviyyədə qurulduğunu bildirib. O qeyd edib ki, “Azərişıq” ASC-nin Qarabağda inşa etdiyi güc mərkəzləri ən müasir standartlara cavab verir. Mərkəzlər innovativ yeniliklər, elektrik təsərrüfatında yüksək texnokogiyalarla təchiz edilib və beynəlxalq standartlara tam cavab verir. Şitan Cao Qarabağda ümumi görülən yenidənqurma işlərini Azərbaycanın və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük uğuru kimi qiymətləndirib.

Daha sonra “Donfang Electronics Corporation” şirkətinin rəhbər heyəti üçün Şuşa şəhərində ekskursiya xarakterli gəzinti təşkil edilib. Qonaqlar Vaqif məqbərəsi və Şuşa qalasında olublar. Tarixi abidələr haqqında nümayəndə heyətinə geniş məlumat verilib.

Xatırladaq ki, COP29 tədbiri çərçivəsində “Azərişıq” ASC Çin Xalq Respublikasının "DongFang Electronics" şirkəti ilə yeni qarşılıqlı əlaqələr və əməkdaşlıq məqsədli danışıqlar aparıb. Davam edən əməkdaşlıq çərçivəsində “Azərişıq” ASC-nin rəhbər heyəti 2024-cü il dekabrın 5-də Çinin Yantay şəhərində yerləşən "DonqFang Electronics" şirkətinin təqdim etdiyi innovativ texnologiyalar, məhsullar və beynəlxalq layihələr barədə məlumat əldə etmək məqsədi ilə görüş keçirib.

Yanvarın 13-də “Dongfang Electronics Corporation”ın rəhbər heyəti Bakıya səfər ediblər. 19 yanvara qədər davam edəcək səfər çərçivəsində qonaqlar həm Bakıda, həm də Qarabağda “Azərişıq” ASC tərəfindən görülən işlərlə tanış olublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Yanvar 2025 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri