Dönmə işığını yandırıb istədiyi vaxt manevr edən sürücü qəza riski yaratdı VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Paytaxtın Hava limanı yolunda qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 14-də saat 16:11 radələrində qeydə alınıb. Belə ki, 99-BH-855 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Videodan da göründüyü kimi, o, sağ zolaqda hərəkətdə olan maşına əhəmiyyət vermədən həmin zolağa keçib və görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb.
Bəzi sürücülər dönmə işığını yandırdıqları halda istənilən manevri edə biləcəklərini düşünürlər. Halbuki dönmə siqnalı yalnız niyyətin göstəricisidir və heç bir sürücüyə üstünlük vermir. Zolaqda digər nəqliyyat vasitəsi olduğu halda ora keçmək qadağandır və bu, qəza riskini xeyli artırır. Manevr etməzdən əvvəl yol şəraiti diqqətlə qiymətləndirilməli, yalnız təhlükəsizlik tam təmin olunduqda zolaq dəyişdirilməlidir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 21 Noyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















