Qanunu tərsinə oxuyan sürücü: Dönmə işığını yandırıb sürücülərin üzərinə sürdü VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Bakıda manevr qaydasını pozan sürücü digər hərəkət iştirakçılarına təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 19-da, paytaxtın Rövşən Cəfərov küçəsində qeydə alınıb.
Belə ki, 99-YJ-537 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü öncə görüntünü qeydə alan maşının zolağına keçərək onu sıxışdırıb. Sonra isə dönmə işığını yandıraraq qarşısına keçib. Sürücü düşünür ki, dönmə işığını yandıran zaman üstünlüyə malik olur.
Onun belə düşündüyünü növbəti addımından hiss etmək olur. Görüntüdən də aydın şəkildə görünür ki, sürücü 100 metr qarşıda dönmə işığını yandıraraq sağ zolağa yerdəyişmə edir. Bu zaman həmin zolaqdakı "Mercedes" markalı avtomobilin sürücüsünü sıxışdıraraq təhlükə yaradıb.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 25 Fevral 2025 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















