Donnarummanın “Siti”yə keçidi mövsümlərarası ən yaxşı transfer seçilib
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
İtaliya yığmasının qapıçısı Canluici Donnarummanın PSJ-dən “Mançester Siti”yə keçidini yay transfer pəncərəsinin ən yaxşı müqaviləsi seçilib.
İdman.Biz bunu 20 futbol agenti arasında sorğu keçirən “The Athletic”ə istinadən xəbər verir.
Donnarummanın transferinə beş respondent səs verib. İkinci yerdə hücumçu Cek Qrilişin “Siti”dən “Everton”a icarəyə verilməsi dayanır. Ona dörd agent səs verib.
İlk üçlüyü iki səs toplayan isveçli forvard Viktor Dyekereşin “Sportinq Lissabon”dan “Arsenal”a transferi tamamlayıb. Qalan respondentlər hər biri bir səs alan müxtəlif digər transferləri qeyd ediblər.

Omar Marmuşun Mançester Siti yə keçidi rəsmiləşib
23 Yanvar 2025 14:52
“Mançester Siti”yə 3 qol vurmuşdu Ən yaxşı seçildi
08 Noyabr 2024 14:42
Osayi Samuel Birmingem Siti yə transfer olub
04 İyul 2025 17:05
İtaliya nəhəngindən, “Siti”yə
24 Mart 2025 00:30
Trafford “Siti”yə keçdi
25 İyul 2025 21:50

