Dörd dəfə həbsxanadan qaçan məhkum İspaniyada ələ keçirilib
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İspaniyada İtaliya həbsxanasından dördüncü dəfə qaçmağı bacaran məhkum saxlanılıb. Hadisə avqustun 26-da Tarraqona şəhərində qeydə alınıb və axtarışda olan şəxs Avropa həbs orderi əsasında tapılıb.
Moderator.az xəbər verir ki, bu barədə "BFM TV" məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, həmin şəxs ötən ilin dekabrında İtaliyadakı ciddi rejimli cəzaçəkmə müəssisəsindən qaçıb. O, pəncərənin dəmir barmaqlıqlarını kəsərək mələfələrdən düzəltdiyi kəndirlə aşağı enib. Bundan əvvəl cinayətkar Terni və Parma həbsxanalarından, eləcə də Belçikadakı həbsxanadan qaçmağa nail olmuşdu. O, Belçikada divarı aşmaq üçün "canlı piramida" üsulundan istifadə etmişdi.
Saxlanılma zamanı məhkum hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib. Onun əlbir olduğu şəxslər prosesə müdaxilə etməyə çalışıblar və nəticədə iki polis əməkdaşı xəsarət alıb.
Baxış zamanı cinayətkarın üzərindən saxta sənədlər və iki ədəd saxta 500 avroluq əskinas aşkarlanıb. Hakim onun İtaliyaya ekstradisiya edilənədək həbsdə saxlanılması barədə qərar çıxarıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 26 Avqust 2026 21:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















