İspaniyada genişmiqyaslı əməliyyat Dörd tona yaxın kokain ələ keçirildi
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Avropolun dəstəyi ilə İspaniyanınKanar adalarında keçirilən əməliyyat zamanı Cənubi Amerikadan Avropa ölkələrinə kokain tədarükü ilə məşğul olan mütəşəkkil cinayətkar qrupun 48 üzvü saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb.
Polis tərəfindən 29 ünvanda aparılan axtarışlar zamanı 3.8 ton kokain, 69 nəqliyyat vasitəsi, odlu silahlar və 100 min avro (təxminən 194 min manat - red.) müsadirə olunub.
İspaniya, Portuqaliya, Böyük Britaniya, Kolumbiya və ABŞ-dən olan polis bölmələrinin iştirak etdiyi əməliyyat "Qara kölgə" adlandırılıb.
Bildirilib ki, cinayətkarlar Braziliya və Kolumbiyadan narkotik maddələr daşıyan gəmilərə 11 sürətli qayıqla yaxınlaşaraq kokaindən ibarət yükləri sahilə çıxarırmışlar. Daha sonra narkotik maddə Böyük Britaniya da daxil olmaqla Avropanın müxtəlif ölkələrinə göndərilirmiş.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 07 İyun 2025 06:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















