Icma.az
close
up
RU
Dörd gün niyə susuz qalacağıq? SƏBƏB AÇIQLANDI

Dörd gün niyə susuz qalacağıq? SƏBƏB AÇIQLANDI

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Oğuz-Qəbələ-Bakı magistral kəmərindəki qəzanın səbəbi məlum olub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

"Oğuz-Qəbələ-Bakı magistral su kəməri şüşə lifli (GRP) borularla inşa olunub. Bu tip borular korroziyaya qarşı dayanıqlı olsa da, GRP borular spesifik texniki xüsusiyyətlərinə görə yüksək həssaslıq xarakteri daşıyır. Bu səbəbdən bəzi hallarda istismar zamanı təsirlər və ya hidravlik gərginliklər nəticəsində lokal qəzalar baş verə bilər", - deyə məlumatda qeyd olunub.

Məlumatda bildirilir ki, bu kimi hallarda qeyd olunmalıdır ki, təmir-bərpa prosesində əsas vaxt aparan proses birbaşa texniki təmir işlərindən daha çox, boru kəmərinin suyunun boşaldılması və yenidən doldurulması mərhələsidir:

"Belə ki, kəmərin tam boşaldılması 24 saatdan artıq vaxt tələb edir. Həmçinin eyni müddət ərzində borunun təzyiqə uyğun şəkildə yenidən su ilə doldurulması prosesi həyata keçirilir.

Bütün bu mərhələlər ciddi nəzarət altında və müvafiq təhlükəsizlik tədbirləri çərçivəsində aparıldığından qəza baş verdikdə ümumi bərpa müddəti nisbətən uzun zaman tələb edə bilir".

"Xüsusilə diqqətə çatdıraq ki, belə qəzalar zamanı bu kəmərdən qidalanan ünvanların alternativ su mənbələri ilə gün ərzində fasilələrlə su təchizatı həyata keçirilir. Eyni zamanda, kəmərin bərpası istiqamətində ərazi briqadası tərəfindən operativ və müntəzəm işlər icra olunur", - deyə açıqlamada bildirilib.

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 İyun 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see334

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see205

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see201

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see196

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see187

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see145

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see141

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see140

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see139

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see136

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see132

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see132

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see131

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see131

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see130

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see127

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see127

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see126

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see125

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri