Toyuq əti niyə bahalaşır? Səbəb AÇIQLANDI
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda toyuq və quş ətinin qiymətində nəzərəçarpan artım müşahidə edilir.
Belə ki, yerli bazara nəzər saldıqda, gündəlik istehlakın əsas məhsullarından biri olan toyuq ətinin qiymətində dəyişiklik olduğu görünür.
Modern.az toyuq və quş ətinin qiymətində olan artımı iqtisadçı ekspert Eyyub Kərimli ilə müzakirə edib.
O, nəzərəçarpan artımın səbəbini izah edərkən bildirib ki, quşçuluq sahəsində yemin idxalında da qiymət artımı müşahidə edilir:
“Quşçuluq istehsal şirkətləri əsasən yemi xarici ölkələrdən idxal etdikləri üçün bu amil də qiymətlərin yüksəlməsinə öz təsirini göstərir. Ümumilikdə, qeyd olunan bütün bu amillər bazarda qiymət artımına gətirib çıxarır. Lakin hesab edirəm ki, epidemik vəziyyət səngidikdən və ətə olan tələbat bərpa olunduqdan sonra qiymətlərdə müəyyən enmə və sabitləşmə müşahidə etmək mümkün olacaq”,- deyə E.Kərimli sonda qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 23 Oktyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















