Icma.az
close
up
RU
Dörd ölkə bir missiya üzrə birləşir, Moskva həyəcan təbili çalır

Dörd ölkə bir missiya üzrə birləşir, Moskva həyəcan təbili çalır

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Birləşmiş Ştatlar müttəfiqləri ilə birlikdə Ukraynadakı münaqişənin nizamlanması planını müzakirə edir. Plana əsasən, Dnepr çayının qərbində dörd Avropa ölkəsinin – Britaniya, Fransa, Almaniya və Polşanın hərbi kontingentlərindən ibarət “sədd qüvvələri” yerləşdiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq “Fox Business” telekanalına müsahibəsində bildirib.

“Biz “sədd qüvvələri” haqqında danışırıq. Söhbət britaniyalıların, fransızların, almanların və polyakların qüvvələrindən gedir. Onların kontingenti Dneprin qərbində, təmas xəttindən kənarda yerləşdirilməlidir. Dneprin şərq hissəsində isə üçüncü tərəfin iştirakı ilə atəşkəs rejiminə nəzarət edən sülhməramlı qüvvələr olmalıdır”, – deyə Kelloq qeyd edib.

Onun sözlərinə görə, danışıqların başlanğıc nöqtəsi münaqişənin mövcud təmas xəttləri üzrə dondurulması olmalıdır.

“Danışıqlar məhz bu nöqtədən başlamalıdır. Biz eyni zamanda Zaporojye AES-i də müzakirə edirik. Bu, Avropada ölçüsünə görə üçüncü ən böyük atom elektrik stansiyasıdır. Onun kim tərəfindən idarə olunacağı müzakirə olunur. Biz dəfələrlə bildirmişik ki, stansiyanın işə salınmasına yardım göstərə bilərik”, – Kelloq əlavə edib.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniya, İspaniya, İtaliya, Polşa, Fransa, Almaniya və Avropa İttifaqının xarici işlər nazirləri Londonda keçirilən məsləhətləşmələrin yekununda birgə bəyanat yayaraq Ukraynaya etibarlı təhlükəsizlik təminatları verilməsinə sadiqliklərini ifadə etmişdilər. Bəyanatda həmçinin gələcək sülhün qorunması və Ukrayna Silahlı Qüvvələrinin bərpasına dəstək məqsədilə hava, quru və dəniz qüvvələrindən ibarət “sədd koalisiyası” yaradılması imkanlarının araşdırıldığı qeyd olunurdu.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə dəfələrlə bəyan edib ki, NATO ölkələrinin hər hansı ad altında və istənilən formada Ukrayna ərazisində hərbi qüvvə yerləşdirməsi Moskva üçün birbaşa təhdiddir və Rusiya bu cür halı heç bir şərtlə qəbul etməyəcək.

Aysel Əliyeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 May 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri