Icma.az
close
up
RU
Dörd ölkənin generalı Bakıda görüşür? Azərbaycan müharibənin dayanması üçün...

Dörd ölkənin generalı Bakıda görüşür? Azərbaycan müharibənin dayanması üçün...

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Globalinfo.az siyasi şərhçi Əli Mustafayev ilə müsahibəni təqdim edir:

– Əli bəy, regionda vəziyyətin bir qədər gərgin olduğu məlumdur. Bakı şimaldan və cənubdan (İran, Rusiya) gözlənilən müharibələri nə dərəcədə real sayır?

– Şimalda və Cənubda müharibələr gedir. Rusiya-Ukrayna və HƏMAS-İsrail savaşı davam edir. Hər iki istiqamətdə də müharibələri dayandırmaqla bağlı fəaliyyətlər var. Konkret olaraq ABŞ-da sonuncu prezident seçkisindən sonra belə bir ümid yaranıb ki, Donald Trampın hakimiyyəti dönəmində müharibələr dayana bilər. Tramp sülhün tərəfdarıdır. Buna görə də ehtimal olunur ki, yanvarın 20-sindən sonra atəşkəsin elan edilə, danışıqların başlaya bilər. İsrail-HƏMAS savaşı davam etsə də İsrail və Livan arasında anlaşma var. Bunun əsas səbəbi isə Donald Trampın seçki prosesində kömək edən onun livanlı yeznəsidir. O ABŞ-dakı müsəlman icması ilə çox ciddi şəkildə işləyib. Hətta Livan-İsrail gərginliyinin dayandırılması ilə bağlı yazılı öhdəliklər də verib. Nəticədə müsəlmanlar Trampı dəstəklədi və o qalib gəldi. Ona görə də İsrail Baş naziri Benyamin Netanyahu və Tramp arasındakı dostluğu da nəzərə alsaq, artıq tərəflər arasında sülhün əldə edilməsi mümkün görünür. Bu istiqamətlərdə müəyyən addımlar atılır. Müharibələrin yaxın zamanlarda dayanması, zəifləməsi ehtimalı var.

– İsrail-İran və Qərb-Rusiya qarşıdurmasının fəsadları necə minimuma endirilə bilər? 

– Burada beynəlxalq birliyin müəyyən cəhdləri var. İsrail-İran savaşına qarşı çıxanların olması məlumdur. Azərbaycan və Türkiyə də müharibənin baş verməsini istəmirlər. Çünki bu müharibə Yaxın Şərqdə çox böyük dağıntılar və fəlakətlər yarada bilər. Ona görə də bunun dayandırılması istiqamətində müəyyən təşəbbüslər var. Son vaxtlar İran-İsrail qarşıdurması bir qədər səngiyib. Bu müvəqqəti xarakter daşıya bilər. Lakin davamlı olması da istisna edilməməlidir. Qərb-Rusiya qarşıdurmasına gəldikdə isə burada vəziyyət bir qədər fərqlidir. Burada ciddi geopolitik, ideoloji qarşıdurma var. Qərb Şərqə doğru genişlənmək istəyir. Rusiya isə yenidən böyük imperiya qurub Qərbin və digər güclərin qarşısında dayanmaq, dünyanı idarə edən əsas güc mərkəzlərindən biri olaraq qalmaqda maraqlıdır. Burada hərbi sahədə qarşıdurma dayanarsa, iqtisadi, ideoloji və digər sahələrdə gərginlik davam edəcək. Uzlaşma dövrü bitib. Dünyanı yenidən bölüşdürmək uğrunda savaş gedir.

– Azərbaycan gərginliyin azaldılması üçün hansısa fəaliyyətə keçə bilərmi?

– Azərbaycan İsrail və İranla yaxın münasibətdədir. İran qonşu dövlətdir, orada Azərbaycan əsilli prezident var. Onun üzərindən potensial olaraq İranın bəzi siyasətlərinə təsir etmək üçün imkanlar mövcuddur. İran və Azərbaycan arasında diplomatik münasibətlər dərinləşərsə, o halda rəsmi Tehranın xarici siyasətinə təsir edə bilərik.

İsrail ilə dostluq münasibətlərimiz var. Vaxtilə Azərbaycan Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasında mühüm rol oynayıb. Bu kontekstdən rəsmi Bakının İran-İsrail əlaqələrinə təsiri mümkündür. Lakin bu asan məsələ deyil. Hər iki tərəfin strateji maraqları var.

Əli Mustafayev

– Paytaxt Bakıda görüşlər mümkünmü? NATO (ABŞ) generalları ilə Rusiya generalları bir neçə dəfə burda görüşüblər. Azərbaycan bu cür görüşə yenidən ev sahibliyi edə bilərmi?

– Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biri hesab olunur. Azərbaycan həm Qərb, həm də Şərq ölkələri ilə normal münasibətlər saxlayır. Müəyyən qədər balanslaşdırılmış siyasət var. Ona görə də Bakının beynəlxalq görüşlər üçün seçilməsi mümkündür. İsrail-İran, Rusiya-Ukrayna münasibətləri çərçivəsində danışıqlara ev sahibliyi etməsi real sayıla bilər.

Lakin hələ sözügedən ölkələr barışığa hazır deyil. Əksinə, vəziyyəti bir qədər də gərginləşdirməyə hesablanmış addımlar atırlar.

– Hazırda bölgənin ən sabit, önəmli ölkəsi olan Azərbaycan bu sabitliyin qorunması üçün nələrsə edirmi, etməyi düşünürmü?

– Təbii ki, Azərbaycan sabitliyin olmasında maraqlıdır. Bizim uğurlarımız elə bu sabitliklə həmahəngdir. Sabitlik olan yerdə rifah, inkişaf var. Azərbaycanın bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi sülhməramlılığın göstəricidir. Dünya dövlətlərinin isə özünə məxsus maraqları var. Elə məsələlər var ki, onu yalnız münaqişələr həll edir. Bütün hallarda dünyanın sülh şəraitində olması daha doğrudur. Rəsmi Bakı da məhz bu istiqamətdə addımlar atır.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Noyabr 2024 06:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see348

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see288

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see235

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see196

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see180

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see178

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see174

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see157

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see148

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see147

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see140

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see137

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri